Azərbaycan nümayəndə heyəti Özbəkistanda

Azərbaycan nümayəndə heyəti Özbəkistanda
23.06.2026 18:08 Mədəniyyət

Azərbaycan mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 23-də Özbəkistana səfər edib.

TodayPress TV xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

"Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti UNESCO və ICESCO-nun himayəsi altında Namanqan şəhərində keçirilən III Beynəlxalq Məqam Sənəti Forumunda və Əndican şəhərində təşkil olunan "Əndican – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2026" ilinin açılış mərasimində iştirak edəcək", - deyə məlumatda bildirilib.

23-26 iyun tarixlərində keçirilən III Beynəlxalq Məqam Sənəti Forumu Şərq klassik musiqi irsinin mühüm qollarından sayılan məqam (muğam) sənətinin qorunması, təbliği və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına həsr olunub. Forumun proqramı elmi-praktik konfranslar, konsertlər, ustad dərsləri və yaradıcı müzakirələri əhatə edir.

"Əndican – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2026" ilinin rəsmi açılışı və bu çərçivədə keçiriləcək tədbirlər türk xalqlarının ortaq tarixi-mədəni irsinin təşviqi, mədəni həmrəyliyin möhkəmləndirilməsi və humanitar əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Nümayəndə heyətinin adıçəkilən tədbirlərdə iştirakı eyni zamanda "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasında qeyd olunan beynəlxalq mədəni tərəfdaşlıqların genişləndirilməsi üzrə müəyyən edilmiş strateji prioritetlərin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

TodayPress TV

NEWS FEED
18 AUGUST 2026
İnfantinonu tənqid etmiş FİFA rəsmisi vəzifəsini TƏRK ETDİ 01:51 Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil" 22:42 Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi 22:32 DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ: "Ödənişli xidmətə tələsməyin!" 22:25 Hakan Fidan iranlı həmkarı ilə telefon danışığı apardı - Nələr müzakirə edildi? 22:17 İsrail ordusu "sarı xətt"də qalacaq! - Rəsmi AÇIQLADI 22:06 Sumqayıtda ağır qəza: Yaralananlar var - VİDEO 21:46 Ukrayna ordusu bu kəndi geri alaraq, 30 əsgəri əsir götürdü - VİDEO 21:39 TƏCİLİ: İran BƏƏ-yə məxsus tankeri ələ keçirdi 21:13 All News