Zədələnmiş pul vahidlərini necə dəyişmək olar? - ARAŞDIRMA

Zədələnmiş pul vahidlərini necə dəyişmək olar? - ARAŞDIRMA
23.05.2025 18:29 Maraqlı

Vaxt keçdikcə nağd pul vahidləri - banknotlar və sikkələr aşınır, rəngi solur, bükülür, cırılır və bununla da öz dəyərini itirirlər.

TodayPress TV zədələnmiş pul vahidləri ilə nə etmək, onları harada dəyişdirmək mümkün olduğu və dəyişdirilməyən pullar barədə məlumatları təqdim edir.

Mağazada qəbul olunan banknotlar

Cırılmış pullar bankomat tərəfindən qəbul edilmir. Bəzən isə ticarət obyektləri və ya kafe də hətta az miqdarda zədələnmiş banknotları qəbul etməkdən imtina edə bilər. Belə hallar hər zaman qanuni deyil: mağaza və ictimai iaşə obyektlərində kiçik qüsurlu banknotlarla da ödəniş etmək mümkündür.

Məsələn, aşağıdakı banknotlar məqbul sayılır və qəbul olunur:

kirli və ya yırtılmış;

köhnəlmiş, kiçik deşikləri, yad yazıları, ləkələri, möhürləri olan;

kənarları zədələnmiş.

Banknotdakı zədələr seriya nömrəsinin oxunmasına mane olmamalıdır.

Bəs hansı banknotlar dəyişdirilə bilər?

Bankda cırılmış banknotları sağlamları ilə dəyişdirmək mümkündür, əgər seriya nömrəsi qorunubsa və banknot:

ilkin sahəsinin 45%-dən çoxunu itirməyibsə;

bir neçə parça yapışdırılaraq bərpa olunubsa;

iki ayrı banknotun parçalarından ibarətdirsə (amma nominal eyni olmalıdır);

rəngi və ultrabənövşəyi işıq altında parlaqlığı dəyişibsə, lakin təsvirlər aydın görünürsə;

istehsal qüsuru varsa.

Hansı sikkələr dəyişdirilir?

əyilmiş, sıxılmış, kəsilmiş, deşikli, ərimiş və ya rəngi dəyişmiş, amma ilkin çəkisinin 75%-ni saxlamış;

istehsal qüsuru olan sikkələr.

Hansı banknotlar dəyişdirilməyəcək?

saxtakarlıq əlamətləri daşıyanlar;

qatlanan banknotlar;

dövriyyədən çıxarılmış pul vahidləri.

Zədələnmiş banknotları harada və necə dəyişmək olar?

Azərbaycan Mərkəzi Bankının buraxdığı zədələnmiş pullar hər hansı nağd əməliyyat aparan bankda qəbul olunur. Kassa işçisi pulların etibarlılığından əmin olduqda onları dərhal dəyişir. Əks halda, banknot ekspertizaya göndərilir və müştəriyə ödənişin nağd və ya bank hesabına köçürmə ilə alınması barədə sənəd verilir.

Ekspertizadan sonra üç nəticə ola bilər:

Pul vahidi ödəniş qabiliyyətli hesab olunaraq dəyişdirilir.

Pul vahidi ödəniş qabiliyyətli deyil – müştəri onu geri ala bilər.

Saxta pul aşkar olunursa, polisə təhvil verilir.

Bütün əməliyyatlar komissiyasız həyata keçirilir.

Cırılmış banknotla nə etmək lazımdır?

Özünüz təmir etməyə çalışmayın – məsələn, yapışqan lentlə bərkitsəniz, bankomat və ya kassada qəbul olunmaya bilər. Zədələnmiş banknotlar bankda ekspertizaya göndərilərək qüsurlar aradan qaldırılır.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUN 2026
Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Bütün Xəbərlər