Yaponiyada pişiklərin ömrünü uzadan yeni dərman hazırlandı

Yaponiyada pişiklərin ömrünü uzadan yeni dərman hazırlandı
02.02.2026 19:00 Maraqlı

Yaponiyada alimlər xroniki böyrək xəstəliyindən əziyyət çəkən pişiklərin ömrünü əhəmiyyətli dərəcədə uzada bilən yeni preparat hazırlayıblar.

TodayPress TV xəbər verir ki, "Mothership" nəşrinin məlumatına görə, yapon alim Toru Miyadzaki tərəfindən hazırlanmış eksperimental dərman pişiklərdə xroniki böyrək xəstəliyinin inkişafını dayandırmağa və ya ciddi şəkildə ləngitməyə imkan verir. Bu xəstəlik ev pişikləri arasında ən geniş yayılmış və təhlükəli problemlərdən biri hesab olunur.

Alimin sözlərinə görə, problemin kökündə pişiklərin immun sisteminin spesifik xüsusiyyəti dayanır. Belə ki, pişik orqanizmində böyrəklərin tullantıları təmizləməsində mühüm rol oynayan AIM (makrofaqların apoptoz inhibitoru) adlı zülal aktivləşmir. Nəticədə parçalanma məhsulları böyrəklərdə toplanır və zamanla böyrək çatışmazlığına səbəb olur.

Araşdırmalar zamanı müəyyən edilib ki, AIM zülalının xaricdən orqanizmə verilməsi böyrəklərin özünü təmizləmə qabiliyyətini bərpa edə bilər. Bu kəşf əsasında hazırlanmış yeni preparat pişik orqanizmini lazımi zülalla təmin edir və xəstəliyin irəliləməsini dayandırır.

Sınaqların nəticələrinə görə, ağır böyrək xəstəliyindən əziyyət çəkən pişiklərin təxminən 85 faizi müalicədən sonra sağ qalıb.

“Vacib məqam ondan ibarətdir ki, bu pişiklər təkcə sağ qalmayıb, eyni zamanda sağlam vəziyyətdə həyatlarını davam etdiriblər”, — deyə Toru Miyadzaki bildirib.

Alim preparatın 2026-cı ilin aprelində Yaponiya hökumətinə təsdiq üçün təqdim ediləcəyini, həmin ilin sonuna qədər isə istifadəyə icazə alınmasının planlaşdırıldığını açıqlayıb. Gələcəkdə dərmanın mümkün qədər çox baytarlıq klinikasında münasib qiymətə əlçatan olması nəzərdə tutulur.

Qeyd edək ki, bundan əvvəl Yaponiyada nəcisin analizini aparan “ağıllı” unitazlar da hazırlanmışdı.

Qiymət Mahir

NEWS FEED
16 JUNE 2026
"Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 All News