Uşaqlara desert əvəzinə palçıq yedirtdilər

Uşaqlara desert əvəzinə  palçıq yedirtdilər
19.05.2026 18:30 Maraqlı

ABŞ-də keçirilən xeyriyyə şam yeməyi zamanı lisey şagirdlərinə səhvən desert əvəzinə torpaq təqdim olunub.

TodayPress TV  "NY Post"a istinadən xəbər verir ki, üç yeniyetmə palçığı  desert hesab edərək dadıb.

Hadisə Medomak Valley High School məktəbində baş verib. Həmin gün şagirdlər biologiya dərsində torpağın sterilizasiyasının bitki inkişafına təsirini öyrənmək üçün təcrübə aparıblar. Bunun üçün bir qədər torpaq sobada qızdırılıb və folqa ilə örtülərək digər yeməklərdən ayrı masaya qoyulub.

Lakin xeyriyyə tədbirinə hazırlıq zamanı yaranan qarışıqlıq səbəbindən həmin qab desert hesab edilərək şagirdlərə təqdim olunub.

Məktəbin direktoru Linda Piz tərəfindən imzalanmış açıqlamada bildirilib ki, üç şagird bişmiş torpağın dadına baxsa da, bunun nə olduğunu dərhal anlayaraq ağızlarından çıxarıblar.

Məktəb rəhbərliyi hadisənin zarafat deyil, sadəcə uğursuz anlaşılmazlıq olduğunu vurğulayıb və şagirdlərin valideynləri ilə əlaqə saxlanıldığını bildirib. Tədbirin təşkilatçıları isə baş verənlərdən dərin təəssüf hissi keçirdiklərini qeyd ediblər.

Jalə Rövşən 

TodayPress TV 

NEWS FEED
30 JULY 2026
Nolanın "The Odyssey" i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 All News