Kaktuslar haqqında təəccüblü fakt: Onlar təkamülün "sürət qatarıdır"

Kaktuslar haqqında təəccüblü fakt: Onlar təkamülün "sürət qatarıdır"
14.05.2026 18:30 Maraqlı

Kaktuslar yavaş böyüyən bitkilər kimi tanınsa da, əslində onların genetik dünyasında əsl "sürət yarışı" gedir. Son elmi araşdırmalar bu bitkilərin təkamül sürətinin gözləniləndən qat-qat yüksək olduğunu üzə çıxarıb.

TodayPress TV xəbər verir ki, "Biology Letters" jurnalında dərc olunan yeni araşdırma kaktusların sirli aləminə işıq salıb. "Reading" Universitetinin (University of Reading) mütəxəssisləri tərəfindən aparılan tədqiqat çərçivəsində 750-dən çox kaktus növünün çiçək quruluşu mikroskopik dəqiqliklə təhlil edilib.

Tədqiqat zamanı ölçüləri 2 millimetrdən 37 santimetrə qədər dəyişən çiçəklər araşdırılıb. Lakin elmi qrup maraqlı bir faktla qarşılaşıb: yeni növlərin yaranmasında çiçəyin böyüklüyü deyil, onun formasını nə qədər sürətlə dəyişə bilməsi əsas rol oynayır.

Araşdırmanın aparıcı müəllifi Ceymi Tompson bildirib:

"Biz əvvəlcə elə düşünürdük ki, daha uzun və mürəkkəb çiçəkləri olan kaktuslar daha çox yeni növ yaradır. Lakin məlum oldu ki, təkamülün mühərriki çiçəyin formaca çevikliyidir."

Bu kəşf həm də elm dünyasının klassiki Çarlz Darvinin bəzi mülahizələrinə yeni baxış tələb edir. Darvin hesab edirdi ki, yeni növlər xüsusi tozlandırıcılara uyğunlaşmış mürəkkəb çiçəklər sayəsində yaranır. Lakin kaktuslar göstərdi ki, sürətli forma dəyişikliyi mürəkkəblikdən daha vacibdir.

Hazırda dünyada 1850 kaktus növü məlumdur və onlar son 20-35 milyon ildə Amerikada inanılmaz dərəcədə geniş yayılıblar. Lakin bu müxtəlifliyə baxmayaraq, vəziyyət ürəkaçan deyil:

Kaktus növlərinin üçdə biri yox olma təhlükəsi ilə üz-üzədir.

Alimlər 7 il ərzində 3 qitədən toplanan məlumatlar əsasında “CactEcoDB” adlı açıq baza yaradıblar.

Bu baza iqlim dəyişikliyinə qarşı ən həssas növləri müəyyən etməyə və onları xilas etməyə kömək edəcək.

Qiymət Mahir

NEWS FEED
16 AUGUST 2026
İranda bir gündə nələr baş verdi? - DETALLAR 09:33 “Ford”un ağaca çırpılması faciə ilə bitdi - Sürücü hadisə yerində öldü 09:18 Moskvanın ən böyük logistika anbarı yanır - TƏCİLİ - VİDEO 09:04 "Liverpul" "Barselona"nın ulduzunu istəyir! 01:39 Almaniya sahillərində TƏHLÜKƏLİ MƏNZƏRƏ: Dənizi zəhərli yosunlar bürüdü 01:42 Rusiya və Suriya arasında birbaşa uçuşlar bərpa edilir 01:45 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 290-ı KEÇDİ! 01:35 19 yaşlı üzgüçü dünya rekordunu yenilədi! 00:54 "Hizbullah"dan Livana XƏBƏRDARLIQ: İsraillə danışıqları dayandırın! 01:04 Fransa yanır, Makron istirahət edir: Prezidentə qarşı etirazlar artdı! 00:47 Türkiyədə yenə PUA TAPILDI! – Bir sutkada üçüncü hadisə 01:14 Yaponiyada 5,4 maqnitudalı zəlzələ baş verdi 01:08 "İranın hava məkanına yaxın ərazidə dövrə vururlar" – Fars körfəzindəki son vəziyyət AÇIQLANDI 00:43 Mərakeş polisi Seutada yüzlərlə miqranta qarşı güc tətbiq edir 00:24 Qətər İranlı pilotların saxlanılması barədə iddiaları RƏDD ETDİ 23:56 Tramp administrasiyası "Apple"ın Çin yaddaşından istifadəsinə qarşı çıxdı 23:41 Husilərin hücumundan sonra Yəmən ordusu hərəkətə keçdi - VİDEO 23:23 Sərnişinlərin NƏZƏRİNƏ!: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi 23:12 Rusiya bir gündə 180 Ukrayna PUA-sını vurdu 22:59 Premyer Liqa: "Sabah" "Kəpəz"i məğlub etdi 22:51 ABŞ Azərbaycana tətbiq edilən 907-ci düzəlişlə bağlı qərarını uzadır? 22:37 Türkiyədən Livana 15,6 tonluq tibbi yardım 22:26 Zelenskinin "Patriot" çağırışları çarəsizlik əlaməti kimi qiymətləndirildi 22:18 Trampın İran siyasəti Körfəzi ayağa qaldırdı: ABŞ müttəfiqləri narazıdır! 22:05 İran ABŞ-ni Dostoyevski ilə “vurdu” 21:48 All News