Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin

Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin
15.06.2026 05:00 Maraqlı

Həyətyanı sahələri ağcaqanad, gənə və digər zərərvericilərdən qorumağın təbii yolu tapılıb. Bağbanlar və mütəxəssislər kimyəvi dərmanlar yerinə xüsusi bitkilərdən istifadə etməyi məsləhət görürlər.

TodayPress TV xəbər verir ki, güclü qoxusu ilə həşəratları ərazidən uzaqlaşdıran ən effektiv bitkilərin siyahısı açıqlanıb.

Siyahıda ilk sıranı lavanda tutur. İnsanlar üçün rahatladıcı olan bu qoxu ağcaqanad, milçək və gənələri qovur. Ekspertlər lavandanı həyətin günəş görən hissələrində və ya qapı kənarlarında əkməyi tövsiyə edirlər.

Kəskin qoxuya malik nanə və reyhan da güclü qoruyucu vasitə hesab olunur. Ağcaqanadlar, qarışqalar və hətta gəmiricilər nanə olan mühitdən qaçırlar. Reyhan isə tərkibindəki efir yağları sayəsində milçəklərin qarşısını kəsir. Həyətdəki oturma sahələrinin yaxınlığında bu bitkilərə yer vermək yay aylarında rahatlıq təmin edir.

Tərəvəz əkən şəxslər üçün isə məxməri çiçək faydalı ola bilər. Özünəməxsus kəskin qoxusu olan bu çiçək pomidor və bibərə zərər verən həşəratları sahədən uzaqlaşdırır. Bağ xəstəliklərinin qarşısını almaq üçün onu ləklərin kənarlarına əkirlər.

Siyahıda yer alan rozmarin həm də zərərvericilərə qarşı daxili maneə yaradır. Manqal edilən zaman kömürün üzərinə atılan bir neçə budaq rozmarin tüstü vasitəsilə həşəratları dərhal ərazidən qovur. (Demokrat.az)

NEWS FEED
30 JULY 2026
İngiltərəni çempion edən azərbaycanlı bu gün 100 yaşındadır - VİDEO 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 All News