Çin zooparkında uzunqulağı boyayıb zebra kimi təqdim etdilər

Çin zooparkında uzunqulağı boyayıb zebra kimi təqdim etdilər
24.06.2026 06:00 Maraqlı

Çin zooparkının əməkdaşları uzunqulağı rəngləyərək ona zebra görünüşü veriblər.

TodayPress TV xəbər verir ki, bu barədə "Need to Know" nəşri məlumat yayıb.

Boyanmış heyvan Antsyu şəhərində görüntülənib. Sosial şəbəkələrdə yayılan kadrlarda uzunqulağın tükünün zebranın rəngini təqlid edən qara zolaqlarla örtüldüyü aydın görünür. Lakin heyvanın uzun qulaqları və xarici görünüşü saxtakarlığı asanlıqla ifşa edib.

Heyvanın fotoları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və istifadəçilərin tənqidləri ilə qarşılaşıb. İzləyicilərin əksəriyyəti park rəhbərliyini uzunqulağı ekzotik bir heyvan kimi təqdim etməyə cəhd etməkdə ittiham edib.

İttihamlara münasibət bildirən park rəsmiləri isə bu heyvanın əsl zebra olduğunu iddia etmədiklərini vurğulayıblar. Onların sözlərinə görə, rəngləmə prosesi sadəcə ziyarətçiləri əyləndirmək məqsədi daşıyır:

"Biz burada müəyyən mənada "kospley" (kostyumlu oyun) təşkil edirik. Onun zebra olduğunu iddia etməmişik və bununla bağlı heç bir məlumat lövhəsi asmamışıq. Bu, yalnız ziyarətçilərin xoş vaxt keçirməsi üçün düşünülmüş bir zarafatdır".

Zoopark səlahiyyətliləri onu da əlavə ediblər ki, keçmişdə də insanların marağını artırmaq naminə itlərin xarici görünüşündə oxşar dəyişikliklər ediblər.

TodayPress TV

NEWS FEED
11 AUGUST 2026
Kobaxidze Moskva ilə münasibətlərin bərpası üçün şərt açıqladı 15:10 Dünya çempionatına buraxılmadı, indi isə tarix yazır! 15:00 Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir 14:51 Mudrik üçün yeni yol açıldı! Diskvalifikasiyadan sonra ilk addım 14:32 Qazaxıstanda iş axtaranları süni intellekt tapacaq – Yeni sistem işə düşür 14:21 DİN-dən onlayn alış-veriş edənlərə xəbərdarlıq: Bu səhifələrə aldanmayın! 14:17 Hemilton “Ferrari”də parladı! “Formula-1” əfsanəsi onu təriflədi 14:01 Balakəndə faciə: Toyuna 17 gün qalmış ailəsi ilə birlikdə həyatını itirdi 14:07 İsti havada oyunlara fasilə! Futbolçulara bir dəqiqəlik möhlət 13:51 Rusiyanın Ukraynadakı hədəfləri açıqlandı - ŞOK SSENARİ 13:44 “Alkaras tamamilə fərqlidir. Böyük üçlüklə matçı möhtəşəm olardı!” 13:23 Rusiyaya daha bir zərbə - “Buk-M3” sistemi vuruldu 13:27 MotoGP üçün fərqli strategiya: qəza, əməliyyat və geri dönüş göstərilsin! 13:04 TIR-la minik maşını toqquşdu, xəsarət alanlar var - FOTO 13:14 Bəşər Əsəd və yaxınları ölüm cəzasına məhkum edildi – QƏRAR 13:09 Alman nəhəngindən Premyer Liqa ulduzuna hücum! Tyaqo gündəmdə 13:00 Tramp sui-qəsd təhdidindən sonra Türkiyədən belə qaçdı - VİDEO 12:57 Sabah hava necə olacaq ? 12:42 Uitkoff Naxçıvanla bağlı açıqlama verdi 12:48 Gənc superistedad “Çelsi”yə gedir! Transfer başa çatmaq üzrədir 12:32 Bəzi yerlərdə leysan yağıb 12:26 Tramp İran üçün 3 ssenarini açıqladı – “Çox sərt zərbə vura bilərik” 12:21 Husilər Səudiyyə gəmisini vurdu - ekipaj üzvləri həlak oldu 12:16 PSJ gələcəyin ulduzunu tapdı! 16 yaşlı hücumçu Parisə gedir 12:06 Gözlər İlham Əliyevin Naxçıvana tarixi səfərində - Müharibədən sonra ilk 12:09 All News