Bir ovuc qara qarağatın orqanizmə inanılmaz təsiri var
Mütəxəssislər bildirirlər ki, yay mövsümünün ən faydalı giləmeyvələrindən biri qara qarağatdır. Turşməzə dadına görə hər kəs tərəfindən sevilməsə də, bu giləmeyvə vitamin və antioksidantlarla olduqca zəngindir.
TodayPress TV xəbər verir ki, qidalanma üzrə ekspertlərin sözlərinə görə, qara qarağat immuniteti gücləndirir, “pis” xolesterinin səviyyəsini azaltmağa, qan təzyiqini tənzimləməyə, həzm sistemini və sidik yollarını qorumağa kömək edir. Bundan əlavə, tərkibindəki antioksidantlar orqanizmdə iltihabı azaldır və dərinin sağlamlığını dəstəkləyir.
Mütəxəssislər qeyd edirlər ki, qara qarağat C vitamini baxımından qırmızı və ağ qarağatdan xeyli üstündür. Onlar bu giləmeyvəni mövsümündə təzə halda istehlak etməyi, həmçinin kompot, mürəbbə və şirə hazırlanmasında istifadə etməyi tövsiyə edirlər.