Antarktida buzlaqlarında ulduz tozu tapıldı

Antarktida buzlaqlarında ulduz tozu tapıldı
21.05.2026 03:00 Maraqlı

Antarktidadakı buzlaqlarda ulduz partlayışlarından yaranan radioaktiv toz qalıqları aşkar olunub. Yeni tədqiqatlar göstərir ki, bu kosmik hissəciklər Günəş sistemimizin keçmişini anlamaq üçün vacib ipucları verir.

TodayPress TV xəbər verir ki, bu barədə "space.com" elmi portalı məlumat yayıb.

Kainatın müxtəlif yerlərində, ulduzlararası məkanda qaz, toz və plazmadan ibarət nəhəng buludlara rast gəlmək mümkündür. Bu kosmik buludlar fəzada hərəkət edərkən özlərində müxtəlif maddələr toplayır və planetimiz həmin buludların daxilindən keçərkən bu maddələr bəzən Yer səthinə düşür. Alimlər yeni araşdırma çərçivəsində bu maddənin tərkibində qədim supernovaların (ifrat yeni ulduzlar) yan məhsulunu - Antarktika buzlarına nüfuz etmiş və buludda ilişib qalmış radioaktiv dəmir-60 (60Fe) izotopunu aşkar ediblər.

"Biz Antarktida buzlarında supernova partlayışı nəticəsində yaranan dəmir-60 izotopunu tapdıq. Əgər dəmir-60 toz hissəcikləri (ulduz tozu) şəklində kondensasiya olunursa, bu zaman həmin toz Günəş sisteminin müdafiə qatını yararaq Yerə çata bilər", - deyə İon Şüaları Fizikası və Materialşünaslıq İnstitutunun tədqiqat rəhbəri Dominik Koll "space.com" saytına bildirib.

Məlumata görə, tədqiqat qrupu yaşı 40 000 ilə 80 000 il arasında dəyişən 300 kiloqramdan çox Antarktida buzu nümunəsini analiz edib. Alimlərin fikrincə, məhz bu dövrdə kosmik fəzaya maddə atan və sonradan buludda cəmləşən supernova partlayışı baş verib. Buzun əridilməsi və kimyəvi emalından sonra, ionları sürətləndirərək izotopları ayırmağa imkan verən sürətləndirici kütlə spektrometriyası metodunun köməyi ilə mütəxəssislər nümunələrdəki həmin izotopun ayrı-ayrı atomlarını tədqiq edib saya biliblər.

"Biz radioaktiv dəmir-60 izotopunun tək atomlarını axtarırdıq. Bu izotop partlayan ulduzların bir növ "barmaq izi" hesab olunur. Bizim fərziyyəmiz ondan ibarət idi ki, əgər dəmir-60 ulduz partlayışlarından yaranıbsa, o, lokal ulduzlararası buludun daxilində tapıla bilər", - deyə Koll əlavə edib.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub 09:12 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 All News