Ötən il 8 min satınalma uyğunsuzluqlara görə baş tutmayıb

Ötən il 8 min satınalma uyğunsuzluqlara görə baş tutmayıb
15.09.2025 10:28 Maliyyə

2024-cü ildə Azərbaycanda ümumi sayı 8 min ətrafında olan satınalmalar rəqabətsizlik və prosedur uyğunsuzluqları səbəbindən baş tutmayıb. 

TodayPress TV bu barədə Hesablama Palatasına istinadən xəbər verir.

Məlumata görə, təklif verən təchizatçıların sayının üçdən az olması, təqdim edilən təkliflərin ehtimal olunan qiymətdən yüksək olması və ya şərtlərə uyğun gəlməməsi ləğv edilmə hallarının əsas səbəbləri kimi göstərilir.

Hesabat dövründə 2 259 satınalma ləğv olunub ki, bu da ümumi müsabiqə əsaslı satınalmaların 23 %-ni təşkil edib. Bu satınalmalar üzrə ehtimal olunan dəyər 750 milyon manat olub və bu, baş tutmuş satınalmaların ehtimal olunan qiymətinin 14,4 %-nə bərabərdir.

"2024-cü ilin satınalma hesabatında bəzi hallarda 2025-ci ilin büdcə vəsaiti hesabına nəzərdə tutulmuş satınalmaların da yer aldığı müşahidə olunub ki, bu da hesabatlılıqda dəqiqlik baxımından suallar doğurur. Aparılmış məlumat təhlili bəzi satınalma proseslərində müqavilə və yekun protokol məbləğləri arasında qanunvericilikdə icazə verilən həddi aşan fərqlərin olduğunu göstərir. Bu hallar, ya satınalma məlumatlarının düzgün təqdim olunmadığını, ya da satınalma predmetinə müqavilə mərhələsində ciddi dəyişikliklər edildiyini göstərən risklər yaradır.

Məlum olduğu kimi, satınalma müqaviləsi qalib təchizatçının imzalamasında qədər satınalma komissiyası əvvəlcədən şərtlər toplusunda göstərmişdirsə, satınalma predmetinin hər vahidinin qiymətini və xüsusiyyətlərini (göstəricilərini) dəyişdirməmək, həmçinin ehtimal olunan qiyməti keçməmək şərtilə nəzarət orqanının razılığı ilə satınalma predmetinin həcmini (miqdarını) 10 %-ə qədər artırıb-azalda bilər. Başqa sözlə, yekun protokol və müqavilə məbləği arasında maksimum fərq 10 %-dən çox ola bilməz", - deyə Palata bəyan edib.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Kiprdə SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Bütün Xəbərlər