İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yaydı

İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yaydı
06.03.2026 16:16 Maliyyə

Bu il ayrılmış limit çərçivəsində Azərbaycanda dövlət xətti ilə ipoteka krediti almaq üçün 2 165 şəxsin müraciəti qeydiyyata alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, Fond 2026-cı ildə ipoteka kreditləşməsini davam etdirmək məqsədilə müvəkkil banklara limitlər ayırıb. Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna 5 mart saat 11:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna isə 6 mart saat 11:00-dan başlanılıb.

Vətəndaş müraciətlərinin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilmiş "Elektron İpoteka və Kredit Zəmanət" sistemi üzərindən hər kəs üçün bərabər şəraitdə, real vaxt rejimində və şəffaf şəkildə qəbulunun təmin edilməsi məqsədilə Dövlət Xidməti ilə əməkdaşlıq çərçivəsində sistemdə dayanıqlılıq və təhlükəsizlik testləri həyata keçirilib, tətbiq olunan informasiya təhlükəsizliyi mexanizmləri vasitəsilə sistemin təhlükəsiz və fasiləsiz fəaliyyəti təmin edilərək daimi nəzarətdə saxlanılıb.

Həm adi, həm də güzəştli ipoteka kreditlərinin əlverişli şərtlər və aşağı faiz dərəcələri ilə təqdim olunması əhali arasında bu kreditlərə yüksək tələb formalaşdırıb. Elan edilmiş vaxtlarda müvəkkil banklara ayrılmış limitlər çərçivəsində adi ipoteka krediti əldə etmək üçün 1 522 şəxsin (ümumi müraciət 9 019), güzəştli ipoteka krediti əldə etmək üçün isə 643 şəxsin (ümumi müraciət 4 369) müraciəti qeydə alınıb.

Əvvəlki illərdə olduğu kimi, ipoteka kreditləşməsi üzrə müraciətlərin qəbulu və bundan sonrakı proseslər mövcud qanunvericiliyə və Fondun daxili qaydalarına uyğun olaraq davam etdirilir.

Dövlət Xidmətinin tətbiq etdiyi informasiya təhlükəsizliyi mexanizmləri ilə sistemin təhlükəsiz fəaliyyəti nəzarətdə saxlanılır.

TodayPress TV

NEWS FEED
30 JULY 2026
SON DƏQİQƏ: İran hava məkanına daxil olan PUA vuruldu 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 All News