HP: Naxçıvan Ali Məclisində və tabeli qurumlarında pozuntular aradan qaldırılmayıb

HP: Naxçıvan Ali Məclisində və tabeli qurumlarında pozuntular aradan qaldırılmayıb
13.01.2026 11:23 Maliyyə

Naxçıvan Muxtar Respublikasının Ali Məclisində və tabeli qurumlarında 2024-cü ildə dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi ilə bağlı aparılmış uyğunluq auditi zamanı aşkar edilən bir sıra maliyyə pozuntuları bu günə qədər aradan qaldırılmayıb.

TodayPress TV bu barədə Hesablama Palatasının hesabatına istinadən xəbər verir.

Auditin nəticələrinə əsasən, Ali Məclisin aparatında vəzifədən azad edilmiş bir əməkdaşa işləmədiyi günlərə görə artıq hesablanmış 2 710,65 manat əməkhaqqının, eləcə də sığortaedənin vəsaiti hesabına ödənilmiş 664,10 manat artıq sığorta haqqının bərpa edilməsi hələ də təmin edilməyib.

Eyni zamanda, qanunvericiliyin tələbləri gözlənilmədən ixtisas sinfi verilmiş avtomobil sürücülərinə hesablanmış 14 068 manat vəsaitin və 3 446,66 manat məbləğində artıq ödənilmiş sığorta haqqının bərpası da icra olunmayıb.

Qeyd olunur ki, bu vəsaitlərin qaytarılması büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda çalışan sürücülərə ixtisas sinfinin verilməsi üzrə prosedurların nəticələrinə uyğun təmin edilməlidir.

Hesabatda, həmçinin podratçı ilə bağlanmış yekun müqavilənin dəyərindən artıq ödənilmiş 2 871 manat vəsaitin bərpa edilmədiyi göstərilir. Bununla yanaşı, maliyyə və aktivlərin dəyərinin mühasibat uçotunda düzgün əks etdirilməməsi nəticəsində yaranmış təhriflərin müvafiq mühasibat yazılışları ilə aradan qaldırılması da bu günə kimi həyata keçirilməyib.

Bundan başqa, audit zamanı Naxçıvanın İnkişaf və Müdafiə Fondunun bank hesabında saxlanılan 31 milyon 501 min 489,24 manat vəsait üzrə ciddi nöqsanlar aşkarlanıb. Belə ki, Fondun gəlir mənbəyinə aid olmayan vəsaitlər hesabına formalaşdırılmış gəlirlərin digər fondlara aid hissəsinin müvafiq qaydada bərpa edilməsi və qalan məbləğin Muxtar Respublikanın büdcəsinə köçürülməsi də 2024-cü ildən indiyə qədər icra edilməyib.

Sadalanan bütün hallar üzrə qərarların icrası hazırda izlənilmə mərhələsində qalır.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 All News