Dünya Bankı Azərbaycanda yaxın iki il üçün iqtisadi artım proqnozunu yüksəltdi

Dünya Bankı Azərbaycanda yaxın iki il üçün iqtisadi artım proqnozunu yüksəltdi
08.04.2026 20:00 Maliyyə

Dünya Bankı 2026-cı ildə Azərbaycanda ÜDM-in 2 %, 2027-ci ildə isə 1,8 % artacağını gözləyir.

TodayPress TV xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun iqtisadi perspektivlərinə dair hesabatının aprel buraxılışında deyilir.

Yanvar qiymətləndirmələri ilə müqayisədə proqnoz göstəriciləri müvafiq olaraq 0,2 və 0,1 faiz bəndi artırılıb.

Bank xatırladıb ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4 % artıb.

Dünya Bankının proqnozlarına görə, 2026 və 2027-ci illərdə Cənubi Qafqaz dövlətlərinin ÜDM-nin ümumi artımı hər il 3,4 %-ə çatacaq. Hesabatda vurğulanır ki, Azərbaycanda fiskal siyasətin sərtləşdirilməsi nəticəsində investisiya xərclərinin normallaşması, eləcə də neft hasilatı həcmlərinin əhəmiyyətli dərəcədə azalması 2025-ci ildə iqtisadi artım tempinin 1,4 %-ə enməsinə səbəb olub, bu isə 2024-cü ilin göstəricisindən təxminən üç dəfə azdır.

"Ötən il real kreditləşmənin artımı Mərkəzi Asiya və Cənubi Qafqazda sürətli genişlənmə templərinin zəifləməsi fonunda bir qədər yavaşlayıb. Bir sıra ölkələrdə, o cümlədən Azərbaycan və Gürcüstanda makroprudensial tədbirlərin sərtləşdirilməsi daha sərt pul-kredit siyasəti (Qazaxıstan və Rumıniyada olduğu kimi) ilə yanaşı, istehlak kreditləşməsini də məhdudlaşdırıb", - deyə bankın hesabatında qeyd olunur.

Ekspertlər qeyd edirlər ki, Azərbaycanda büdcə profisiti karbohidrogen sektorundan daxilolmaların azalması nəticəsində nəzərəçarpacaq dərəcədə azalıb: "Son 20 il ərzində regionun əksər dövlətlərinin iqtisadiyyatı daha az şaxələnib və təbii ehtiyatlardan daha çox asılı hala gəlib. Xüsusilə, Azərbaycanda mədən sektorunun ÜDM strukturundakı xüsusi çəkisi 2020-ci ilə qədər faktiki olaraq dəyişməyib və təxminən 30% təşkil edib ki, bu da 2000-ci illərin əvvəlindəki səviyyəyə uyğundur".

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 All News