ARDNF-in aktivləri 74 milyard dollara yaxındır

ARDNF-in aktivləri 74 milyard dollara yaxındır
23.04.2026 15:06 Maliyyə

Bu il aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 73 milyard 515,9 milyon ABŞ dolları təşkil edib ki, bu da yanvarın 1-i ilə müqayisədə cüzi azdır.

TodayPress TV bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, yanvar-mart aylarında ARDNF-in büdcə gəlirləri 3 milyard 180 milyon manat, o cümlədən neft-qaz gəliri 1 milyard 803,1 milyon manat, idarəetmə gəliri isə 1 milyard 376,8 milyon manat təşkil edib. Fondun qızılın qiymətinin dəyişməsindən və valyutalar üzrə məzənnə fərqindən büdcədənkənar gəliri isə 2 milyard 117,9 milyon manat olub. Eyni zamanda, investisiya portfelinin bazar dəyərinin dəyişməsi fonunda investisiya gəlirindən 741,1 milyon manat azalma qeydə alınıb. Qurumun büdcə xərcləri isə 3 milyard 223,5 milyon manat təşkil edib.

3 ay ərzində ARDNF mənfəət neft-qazının satışından 1 milyard 802,7 milyon manat, bonus ödənişləri və tranzitdən 0,4 milyon manat gəlir əldə edib. Fonda "Azəri-Çıraq-Günəşli" yatağından 1 milyard 400,5 milyon manat, "Şahdəniz" yatağından isə 359,6 milyon manat vəsait daxil olub.

Hesabat dövründə ARNDF dövlət büdcəsinə 3 milyard 210 milyon manat transfert edib, "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşməsinə 1,2 milyon manat, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" nın maliyyələşməsinə 5,9 milyon manat yönəldib, idarəetməyə isə 6,4 milyon manat xərcləyib.

"Rüb ərzində qlobal maliyyə bazarları artan geosiyasi gərginliklər və davam edən qeyri-müəyyənlik fonunda bir çox aktiv sinifləri üçün çətin mühit yaradıb. Belə ki, rüb ərzində səhm və istiqraz bazarlarında təzyiq müşahidə olunsa da, qızıl investisiyaları əhəmiyyətli müsbət töhfə verib. Həmçinin, ARDNF-nin özəl səhm, daşınmaz əmlak və infrastruktur investisiyaları da rüb ərzində müsbət gəlirlilik göstərib.

Aparıcı inkişaf etmiş ölkələrin istiqraz bazarlarında gəlirlilik dərəcələri ilin ilk iki ayı ərzində azalma tendensiyası göstərib, lakin martda Yaxın Şərq regionunda baş verən gərginlik fonunda artan enerji qiymətləri və inflyasiya gözləntilərinin güclənməsi səbəbindən yüksəlib ki, bu da istiqrazların qiymətlərinə mənfi təsir edib. Bu dinamika daha çox Avropa bazarlarına təsir etsə də, ABŞ dollarında emissiya edilmiş borc öhdəlikləri portfeli nisbətən dayanıqlığını qoruyub.

Qlobal səhm bazarları rübün ilk iki ayı ərzində müsbət nəticələr göstərib, sonradan isə baş verən geosiyasi gərginliklər səbəbindən geriləyib.

Qızıl ötən illərin qiymət artımını şərtləndirən amillərin təsiri altında 2026-cı ilə də yüksək nəticələrlə başlayıb. Mart ayında qiymətlərdə geriləmə müşahidə olunsa da, qızıl rübü ümumilikdə müsbət nəticələrlə başa vurub ki, bununla da, ARDNF-nin qızıl altportfeli üzrə büdcədənkənar gəlirləri formalaşıb", - deyə ARDNF bəyan edib.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? 10:20 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 All News