AMB: Azərbaycan maliyyə sektoru bank əsaslı olaraq qalır

AMB: Azərbaycan maliyyə sektoru bank əsaslı olaraq qalır
14.04.2026 15:46 Maliyyə

Azərbaycanda maliyyə sektoru bank əsaslı strukturunu qoruyub saxlayır.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov mətbuat konfransında deyib.

O bildirib ki, 2025-ci il üzrə sektorun strukturunda bankların payı 94,2% təşkil edir. Digər seqmentlər üzrə isə sığorta sektorunun payı 3,5%, bank olmayan kredit təşkilatlarının (BOKT) payı 2,1%, investisiya şirkətlərinin payı isə 0,2% səviyyəsində olub.

AMB rəsmisi bildirib ki, maliyyə sektorunun aktivləri son illərdə artmaqda davam edir. Belə ki, sektorun aktivləri 2017-ci ildə 27,9 mlrd. manat olduğu halda, 2025-ci ildə 57,1 mlrd. manata yüksəlib.

Qeyd olunub ki, təkcə son bir il ərzində maliyyə sektorunun aktivləri 7,7% və ya 4,4 mlrd. manat artıb. Bu artımın əsas hissəsi bank sektorunun payına düşüb – 4,1 mlrd. manat. BOKT-ların aktiv artımı isə 0,3 mlrd. manat təşkil edib.

(APA)

TodayPress TV

NEWS FEED
30 JULY 2026
İngiltərəni çempion edən azərbaycanlı bu gün 100 yaşındadır - VİDEO 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 All News