160 milyon manat hara gedib? - Pozuntu üzə çıxdı

160 milyon manat hara gedib? - Pozuntu üzə çıxdı
24.07.2026 19:37 Maliyyə

Bu ilin yanvar-iyun aylarında Hesablama Palatasının keçirdiyi dövlət maliyyə nəzarəti tədbirləri zamanı ümumilikdə 160,3 milyon manat məbləğində nöqsan aşkarlanıb.

TodayPress TV bu barədə qurumun açıqladığı altı aylıq fəaliyyət nəticələrinə istinadən xəbər verir.

Məlumata görə, aşkar edilmiş nöqsanların 35 milyon manatı üzrə bərpa barədə qərar qəbul edilib, 14,8 milyon manatlıq material hüquq-mühafizə orqanlarına göndərilib. Digər nöqsanların məbləği isə 110,5 milyon manat təşkil edib.

Hesabat dövründə Hesablama Palatası 33 nəzarət tədbiri həyata keçirib. Bunlardan 20-si uyğunluq auditi, 2-si maliyyə auditi, 8-i səmərəlilik auditi, 3-ü isə analitik fəaliyyət olub.

Nəzarət tədbirləri təhsil, əsaslı vəsait qoyuluşu, ümumi dövlət xidmətləri, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, eləcə də sosial müdafiə sahələrini əhatə edib.

Bununla yanaşı, ilk dəfə 21 obyektdə dövlət maliyyə nəzarəti tədbiri keçirilib. Yoxlamalar mərkəzi və yerli icra hakimiyyəti orqanlarını, publik hüquqi şəxsləri, məqsədli büdcə fondlarını, büdcədənkənar dövlət fondlarını və digər qurumları əhatə edib.

Hesablama Palatası həmçinin strateji plan üzrə nəzərdə tutulan tədbirlərin 90,7 %-nin icra olunduğunu bildirib. Hesabat dövründə beynəlxalq əməkdaşlıq çərçivəsində Özbəkistan və Pakistanın ali audit orqanları ilə əməkdaşlıq genişləndirilib, həmçinin INTOSAI platforması çərçivəsində bir sıra beynəlxalq tədbirlərdə iştirak təmin olunub.

NEWS FEED
24 JULY 2026
Putin və Netanyahu barədə order verən prokuror vəzifəsindən uzaqlaşdırıldı 22:01 Sırski səlahiyyətlərini belə təhvil verdi - FOTO 21:44 Erməni ərikləri Rusiya bazarını tərk etdi: “Bonjour, Paris!” 21:32 Fövqəladə Hallar hərəkətə keçdi - Nəqliyyatı iflic edən yanğın söndürüldü 21:08 ABŞ-dən İsraildəki vətəndaşlarına təcili xəbərdarlıq: “Hazır olun!” 21:03 Zakir Həsənov 12 hərbçinin öldüyü hücumla bağlı başsağlığı verdi 20:58 Türkiyə parlamentində qüvvələr nisbəti dəyişir: Özgür Özel və 90 deputat... 14:57 İran müxalifətinin qərargahları vuruldu - FOTO 20:53 Özgür Özel: “Ehtiyat partiyamız var” 20:44 İtaliya millisinin yeni baş məşqçisi o oldu 20:39 Zelenskinin yeni “kozırı”: Rekord məsafəli dronlar hazırlanır 20:30 Bu medallar uğrunda 700-ə yaxın güləşçi mübarizə aparacaq - FOTO 20:20 Tsarukyana ağır zərbə: Ona məxsus zavodun direktoru saxlanıldı 20:11 “Space TV” keçmiş rəhbərliyi belə ittiham etdi - DETALLAR 20:01 Si Cinpin və Putin Trampa İranla bağlı söz verdi 19:49 160 milyon manat hara gedib? - Pozuntu üzə çıxdı 19:34 “İran müharibədən sonra gücləndi” - Əraqçi elə danışdı ki… 19:26 Kılıçdaroğlu “yarısını itirdi” - Komandası dağılır 19:18 Tramp Netanyahunu Ağ Evə çağırdı - Görüşün tarixi AÇIQLANDI 19:05 Arayik Harutyunyan və digərlərinin apellyasiya şikayətləri ilə bağlı məhkəmədən yeni xəbər 18:58 Nazirlikdən təcili xəbərdarlıq: Azərbaycanda təhlükəli günlər başlayır 18:44 Türk ölkəsinin adının dəyişdirilməsi təklif edildi 18:33 Tramp və Zelenski görüşə hazırlaşır - Nələr baş verəcək? 18:24 İspaniyada yanğın nəzarətdən çıxdı: Avropadan TƏCİLİ yardım istənildi - VİDEO 18:09 Ukrayna 36 PUA göndərdi, Voronejdə fövqəladə vəziyyət elan edildi 18:02 All News