Orxan Məmmədov: “Yerli məhsulların keyfiyyəti ildən-ilə təkmilləşir”

Orxan Məmmədov: “Yerli məhsulların keyfiyyəti ildən-ilə təkmilləşir”
17.12.2025 11:59 Kənd Təsərrüfatı

“Son illərdə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar Azərbaycanın aqrar sektorunun daha rəqabətqabiliyyətli, innovativ, dayanıqlı və ixracyönümlü inkişafını təmin edən möhkəm zəmin formalaşdırıb”.

TodayPress TV xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Aqrar biznes festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, keçirilən festivallar Azərbaycan kənd təsərrüfatı istehsalçısının və aqrar sahibkarının artıq yalnız məhsul istehsalçısı deyil, eyni zamanda brend yaradan, bazarları araşdıran və innovasiyalara açıq olan güclü iqtisadi subyekt kimi formalaşdığını aydın şəkildə göstərir. Orxan Məmmədov qeyd edib ki, yerli məhsulların keyfiyyəti, qablaşdırılması, təqdimatı və bazara çıxış imkanları ildən-ilə daha da təkmilləşir.

Agentlik sədri bildirib ki, kiçik və orta biznesin inkişafının stimullaşdırılması əsas prioritetlərdəndir. Onun sözlərinə görə, KOBİA olaraq əsas məqsəd aqrar sahibkarların bilik və bacarıqlarının artırılması, maliyyə və qeyri-maliyyə alətlərinə çıxış imkanlarının genişləndirilməsi, eyni zamanda onların yerli və beynəlxalq bazarlara hazırlanmasıdır. Aqrar biznes festivallarının da məhz bu strateji hədəflərə xidmət etdiyi vurğulanıb.

Orxan Məmmədov əlavə edib ki, tədbirlər çərçivəsində qurulan əlaqələr, aparılan müzakirələr və əldə olunan təcrübə mübadiləsi gələcək əməkdaşlıqlar üçün möhkəm əsas yaradır. O əminliklə bildirib ki, bu təşəbbüslərin nəticələri real iqtisadi nəticələrə, yeni məhsulların yaranmasına və yeni bazarlara çıxış imkanlarının genişlənməsinə yol açacaq.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
12 AUGUST 2026
Moldova Ukrayna taxılının daşınmasına başlayır 01:30 Kriştianu Ronaldu və Corcina Rodriqes evləndi! 01:41 Bir sıra ərazilərdə işıq KƏSİLƏCƏK 01:20 "Silahları Aİ-yə satırıq, onlar Ukraynaya verir" - Tramp 01:10 Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırılacaq? 00:49 "Fənərbağça" Çempionlar Liqasının pley-offuna yüksəldi! 00:54 Sədərək–Binə yolunda yük maşını yanır - VİDEO 00:20 Vaşinqtonda Ermənistan-Azərbaycan-ABŞ üçtərəfli görüşü keçirilib 22:12 "Putin rusların müharibəni dəstəklədiyini göstərmək istəyir" - Zelenski 00:06 "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi! 00:00 Hörmüzdə günlük daşınma 9 milyon barelə çatıb - ABŞ energetika naziri 23:48 Husilər Səudiyyə Ərəbistanına zərbələr endirdiklərini ELAN ETDİ 23:37 Kolumbiyada zəlzələ qurbanlarının sayı artmaqda davam edir 23:16 Prezident sabah kənd təsərrüfatı ilə bağlı Sərəncam imzalayacaq 23:18 “Beşiktaş” Duşan Vlahoviçin transferi ilə bağlı razılığa gəldi! 22:58 Prezident: Ordubadda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur 23:01 "Orhus"un baş məşqçisi: "Sabah" kimi güclü komandalar səhvləri bağışlamırlar 22:51 Yunanıstanın Baş Naziri xəstəxanaya aparıldı 22:45 Prezidentin sosial şəbəkə hesabında Naxçıvana səfəri ilə bağlı videoçarx paylaşıldı 22:53 ABŞ rəsmisi ELAN ETDİ: İsrail-Livan danışıqları BU tarixdə baş tutacaq! 22:25 İlham Əliyev: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır 22:41 Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir 22:38 Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq 22:35 Rusiyanın büdcə gəlirləri ARTIB: Yanvar-iyul göstəriciləri açıqlandı 22:21 Prezident Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub 22:13 All News