Məcnun Məmmədov Cantürk Alağözlə görüşdü

Məcnun Məmmədov Cantürk Alağözlə görüşdü
04.02.2026 14:06 Kənd Təsərrüfatı

Azərbaycan Türkiyə holdinqi ilə aqrar sektora sərmayə cəlb olunmasını müzakirə edib.

TodayPress TV Nazirliyə istinadən xəbər verir ki, bu razılıq nazir Məcnun Məmmədovun Azərbaycanda səfərdə olan Türkiyənin Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Cantürk Alağözün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə əldə edilib.

Kənd Təsərrüfatı Nazirliyi və Türkiyənin "Alagöz Holdinq" Şirkətlər Qrupu arasında bitkiçilik və heyvandarlıq sahələrinə sərmayələrin cəlb olunması, bu istiqamətlərdə fəaliyyət göstərən iş adamları arasında əlaqələrin gücləndirilməsi barədə razılıq əldə ediblər.

M. Məmmədov bildirib ki, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə olduğu kimi aqrar sahədə də uğurla inkişaf edir. Hər iki dövlət aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər istiqamətlər üzrə sıx və səmərəli əməkdaşlıq edir.

Türkiyəli iş adamlarının Azərbaycanın kənd təsərrüfatı sektoruna investisiya qoyuluşu prosesində aktiv iştirak etdiyini xatırladan nazir qeyd edib ki, iki ölkə arasında aqrar sahədə əməkdaşlıq üçün böyük potensial mövcuddur.

C. Alağöz ölkəmizdə kənd təsərrüfatının inkişafının dövlət tərəfindən dəstəkləndiyini, bu amilin aqrar sektora investisiya qoyuluşu prosesini daha cəlbedici etdiyini vurğulayıb. Rəhbərlik etdiyi şirkətin Azərbaycanda aqrar sektorla sıx əməkdaşlıq etdiyini bildirən C. Alağöz ölkəmizin kənd təsərrüfatına sərmayə qoyuluşunda maraqlı olduqlarını qeyd edib.

Görüşdə iki ölkə arasında aqrar sahədə gələcək əməkdaşlıq perspektivləri, eləcə də aqrar sahəyə dövlətin dəstək mexanizmləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 İranda partlayış səsləri eşidildi - SON DƏQİQƏ 01:52 TƏCİLİ: Ər-Riyaddakı hava limanı bağlandı 01:49 Gərginliyin mərkəzində görüş - HƏMAS rəhbəri Hakan Fidanla bir araya gəldi 01:29 UEFA Çempionlar Liqası: “Fənərbağça” - “Qurnik” oyunu bitdi - YENİLƏNDİ 22:05 Böyük gözləntilər olan görüş uğursuz oldu? - DETALLAR 00:47 All News