Daşkəsəndə “Aqrar Biznes” və “Kənd təsərrüfatı məhsulları” festivalı keçirildi

Daşkəsəndə “Aqrar Biznes” və “Kənd təsərrüfatı məhsulları” festivalı keçirildi
21.07.2025 14:20 Kənd Təsərrüfatı

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Daşkəsən rayonunun Xoşbulaq kəndində “Aqrar Biznes” və “Kənd təsərrüfatı məhsulları” Festivalı keçirilib. 

Bu barədə TodayPress TV-yə KTN-dən məlumat verilib.

Kənd təsərrüfatı məhsulları festivalının əsas məqsədi ailə kəndli təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması, yerli məhsulların bazara çıxış imkanlarının genişləndirilməsi və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının təşviqidir. Festival yerli istehsalçıların məhsullarının tanıdılması və kənd təsərrüfatının inkişafına dəstək baxımından mühüm əhəmiyyət daşıyır. 

Festivalda rayonda fəaliyyət göstərən fermerlər və istehsalçılar tərəfindən təqdim edilən müxtəlif kənd təsərrüfatı məhsulları, ət və süd məhsulları, arıçılıq məhsulları, meyvə, tərəvəz və digər təbii qidalar nümayiş olunub. Təbii və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları konseptində keçirilən festivalda ziyarətçilər məhsulları birbaşa istehsalçılardan almaq imkanı əldə ediblər.

Tədbirdə fermerlərlə yanaşı, sahibkarlar, investorlar, kənd təsərrüfatı üzrə mütəxəssislər və Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutlarının nümayəndələri iştirak ediblər. Belə ki, festivalda Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq, Baytarlıq, Bitki Mühafizə və Texniki Bitkilər, Üzümçülük və Şərabçılıq, Əkinçilik, Tərəvəzçilik, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutları elmi nailiyyətlərini, yeni texnologiya və tədqiqat nəticələrini əks etdirən stendlə təmsil olunublar.

Festivalda Daşkəsən rayonunun kənd təsərrüfatı potensialı nümayiş etdirilib, yerli istehsalçılar arasında əlaqələr möhkəmləndirilməsi və regionun aqroturizm imkanlarının tanıdılması məqsədilə görüş və təqdimatlar keçirilib. Festival çərçivəsində sərgi  ilə yanaşı, kənd həyatına həsr olunmuş proqramlar təşkil olunub. 

Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti məhsul festivalının Kürdəmir rayonunda 25 iyul tarixində keçirilməsi nəzərdə tutulur.

FOTOLAR

Daşkəsəndə “Aqrar Biznes” və “Kənd təsərrüfatı məhsulları” festivalı keçirildi — 1
Daşkəsəndə “Aqrar Biznes” və “Kənd təsərrüfatı məhsulları” festivalı keçirildi — 2
Daşkəsəndə “Aqrar Biznes” və “Kənd təsərrüfatı məhsulları” festivalı keçirildi — 3
Daşkəsəndə “Aqrar Biznes” və “Kənd təsərrüfatı məhsulları” festivalı keçirildi — 4
Daşkəsəndə “Aqrar Biznes” və “Kənd təsərrüfatı məhsulları” festivalı keçirildi — 5
Daşkəsəndə “Aqrar Biznes” və “Kənd təsərrüfatı məhsulları” festivalı keçirildi — 6
Daşkəsəndə “Aqrar Biznes” və “Kənd təsərrüfatı məhsulları” festivalı keçirildi — 7
Daşkəsəndə “Aqrar Biznes” və “Kənd təsərrüfatı məhsulları” festivalı keçirildi — 8
Daşkəsəndə “Aqrar Biznes” və “Kənd təsərrüfatı məhsulları” festivalı keçirildi — 9
XƏBƏR LENTİ
16 IYUN 2026
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Bütün Xəbərlər