Kriptobirjada artım: "Bitcoin”dən XƏBƏR VAR...

Kriptobirjada artım: "Bitcoin”dən XƏBƏR VAR...
14.04.2026 09:56 İqtisadiyyat

Son sutkada qlobal kriptovalyuta bazarında artım qeydə alınıb.

TodayPress TV CoinMarketCap platformasına istinadən xəbər verir ki, kriptobazarın ümumi kapitalizasiyası son sutkada 4,46% artaraq 2,52 trilyon dollara yüksəlib.

Eyni dövrdə bazarda 24 saatlıq ticarət həcmi 70,06% artaraq 119,45 milyard dollar təşkil edib.

Məlumata görə, “Bitcoin”in qiyməti son sutkada 4,95% artaraq 74 368 dollara, “Ethereum”un qiyməti isə 7,90% artaraq 2 361 dollara yüksəlib. BNB 2,99% bahalaşaraq 613 dollara, “Bitcoin Cash” 2,92% bahalaşaraq 437 dollara, “Monero” 0,25% bahalaşaraq 347 dollara çatıb, “Aave”nin qiyməti isə 3,30% artaraq 100 dolları ötüb.

Bununla yanaşı, qızıl əsaslı rəqəmsal aktivlərdə də artım qeydə alınıb. “PAX Gold”un qiyməti 1,08% artaraq 4 751 dollara, “Tether Gold”un qiyməti isə 1,05% artaraq 4 742 dollara yüksəlib.

Qeyd edək ki, bazarda artım əsasən Yaxın Şərqdə geosiyasi gərginliyin nisbətən azalması, ABŞ fond bazarlarında müsbət dinamika və ticarət həcminin kəskin artması fonunda baş verib. Bu amillər investorların risk iştahasını artırmaqla yanaşı, qızıl əsaslı aktivlərə də marağın davam etdiyini göstərir.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 All News