Azərbaycan Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə etdi

Azərbaycan Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə etdi
26.01.2026 14:36 İqtisadiyyat

Yanvarın 26-da Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz Kormyerin rəhbərlik etdiyi və Cənubi Qafqaz üzrə regional direktor Roland Praysın da təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.

Maliyyə Nazirliyindən TodayPress TV-yə bildirilib ki, görüş zamanı ölkəmizlə Dünya Bankı arasında əməkdaşlğın mövcud vəziyyəti və inkişaf perspektivləri, bankın maliyyə dəstəyi ilə həyata keçirilən layihələr, xüsusilə infrastruktur, şəhər inkişafı, energetika və rəqəmsal sahələr üzrə cari və gələcək proqramlar müzakirə edilib.

Nazir Sahil Babayev bildirib ki, Azərbaycanla Dünya Bankı arasında 30 ildən artıq davam edən tərəfdaşlıq çərçivəsində bank tərəfindən ölkəmizə dəstək məqsədilə ümumilikdə 54 layihəyə təqribən 5,2 milyard dollar məbləğində vəsait ayrılıb və bu əməkdaşlıq ölkədə iqtisadi islahatların həyata keçirilməsi və dayanıqlı infrastrukturun təmin olunmasına mühüm töhfələr verib.

Görüşdə Dünya Bankı ilə həyata keçirilən layihələrin icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, “Bərpa Olunan Enerji Mənbələrindən İstifadənin Genişləndirilməsi” (AZURE) layihəsi çərçivəsində tikilən Günəş və külək elektrik stansiyaları ölkənin enerji sisteminə inteqrasiya olunmaqla dayanıqlı enerji infrastrukturunun inkişafını təmin edir. Bununla yanaşı, “Məşğulluğa dəstək” layihəsi və onun əlavə maliyyələşdirilməsi təşəbbüsləri işsiz əhalinin məşğulluq imkanlarının genişləndirilməsini və işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanı dəstəkləyir. Eyni zamanda, “Regional yollar və inkişaf” layihəsi regionlararası nəqliyyat bağlantılarını gücləndirərək ümumi iqtisadi fəallığın canlanmasına imkan yaradır.

Öz növbəsində, Çarlz Kormyer təmsil etdiyi qurumun Azərbaycanla uzunmüddətli və səmərəli əməkdaşlığa böyük önəm verdiyini və ölkədə aparılan iqtisadi islahatları yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanla infrastruktur, yaşıl enerji, şəhərsalma və logistika sahələrində əməkdaşlığın genişləndirilməsində böyük potensial var və bu sahələrdə həyata keçiriləcək təşəbbüslər ölkədə dayanıqlı inkişafın təmin olunmasına və iqtisadi imkanların genişlənməsinə şərait yaradacaq.

Görüş zamanı, həmçinin Dünya Bankının kredit vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi”, “Rəqabətli və Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri” və “Yaşanılabilən Bakı” layihələri barədə geniş fikir mübadiləsi aparılıb. Qeyd olunan layihələrin reallaşdırılmasına zəmin yaradacaq institusional, texniki və maliyyə xarakterli tədbirlər, eləcə də tərəflər arasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

TodayPress TV

PHOTOS

Azərbaycan Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə etdi — 1
NEWS FEED
02 AUGUST 2026
Hakim partiya Paşinyanı yenidən baş nazir postuna irəli sürdü 14:24 Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ baş verdi 14:17 Tehran Qətərin vasitəçilik iddialarını təkzib etdi: "Hörmüz boğazı açılmayacaq" 14:08 Afrikanın ən böyük nəqliyyat infrastrukturlarından birinə Trampın adı qoyuldu – Detallar 13:47 Avqustun 3-də hava necə olacaq? 12:54 Cənubi Koreyada tarixi anomal isti - Milli rekord yeniləndi 11:48 Tramp və Məhəmməd bin Salman Yaxın Şərqdəki vəziyyəti dəyərləndirdilər 12:25 Kartdan-karta köçürmələrə YENİ LİMİT - Bu tarixdən etibarən... 12:30 Azərbaycan istehsalı olan “Addım” filmi beynəlxalq festivala vəsiqə qazandı 12:09 İsrail Qəzzada HƏMAS-ın iki yüksəkvəzifəli üzvünü hədəf aldı 11:31 Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır 09:48 İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib 11:03 Ermənistan hökuməti istefa verdi 10:49 Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi 09:33 Sloveniya dövlət başçısı yol qəzası keçirdi 09:52 DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək 09:39 Əməkdar hüquqşünas vəfat etdi 09:27 ABŞ-də restorana silahlı HÜCUM: Ölən və yaralananlar var 09:13 Tramp hücumları DAYANDIRDI - Hörmüz açılır? 09:05 60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 All News