Gənc aktrisanı qətl edən erməninin adı niyə gizli saxlanıldı?

Gənc aktrisanı qətl edən erməninin adı niyə gizli saxlanıldı?
13.07.2026 10:20

Tarixçi, professor Zaur Əliyev Azərbaycan kinosunun gənc aktrisalarından olmuş Manana Abuyevanın həyatı və faciəli ölümü ilə bağlı geniş araşdırma aparıb.


TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, 2025-ci il fevralın 11-də aktrisanın həyatı və ölümü haqqında ilk yazısını paylaşdıqdan sonra mövzunu daha dərindən araşdırmaq qərarına gəlib.

Tarixçi bildirib ki, 15 mart 1944-cü ildə anadan olan Manana Abuyeva yeniyetmə yaşlarından "Azərbaycanfilm" kinostudiyasının diqqətini çəkərək filmlərə dəvət alınıb.

"Onun Dağıstan və ya Şimali Qafqaz mənşəli olması barədə müxtəlif qeydlər mövcuddur. Bununla yanaşı, ailəsi uzun illər Bakıda yaşayıb və şəhər mühitinin ayrılmaz hissəsi olub. Manana Abuyeva xüsusilə 1959-cu ildə Rza Təhmasibin rejissoru olduğu "Onu bağışlamaq olarmı?" filmində Sevda obrazı ilə yadda qalıb. Məhz həmin filmin çəkilişləri zamanı texniki heyətdə çalışan Valeri Avakyan adlı şəxs aktrisaya qarşı obsesiv münasibət göstərməyə başlayıb. Çəkiliş meydançasında çalışan Valeri Avakyan Manana Abuyevaya evlənmək təklif edib. Rədd cavabı aldıqdan sonra isə onu izləməyə, psixoloji təzyiq göstərməyə və təhdid etməyə başlayıb. Çəkiliş qrafikini bildiyi üçün aktrisanın gündəlik hərəkətlərini izləmək onun üçün çətin olmayıb".

Professorun əlavə edib ki, araşdırdığı materiallarda həmin şəxsin Bakı ermənisi olması barədə qeydlərə rast gəlinir.

"Valerinin Bakı ermənisi olduğuna dair qeydlər var. Həmçinin yaşlı kino işçilərinin xatirələrində də bu barədə məlumatlar yer alır. O dövrdə "Azərbaycanfilm"in texniki heyətində Bakıda yaşayan erməni icmasının nümayəndələri kifayət qədər çalışırdı. Hadisə təsadüfi yol-nəqliyyat hadisəsi olmayıb. Araşdırdığım sənədlərə əsasən, Valeri Manana Abuyevanın hərəkət marşrutunu əvvəlcədən bilirdi və avtomobillə onu gözləyirdi. Manana yolu keçərkən avtomobili qəsdən onun üzərinə sürüb. Aktrisa qaçmağa çalışsa da, ağır zərbə alıb. Həkimlərin səylərinə baxmayaraq, gənc aktrisanın həyatını xilas etmək mümkün olmayıb. Sovet hüquq-mühafizə orqanlarının sənədlərinə görə, hadisə adi yol qəzası kimi deyil, qəsdən törədilmiş qətl kimi rəsmiləşdirilib. İlkin ifadəsində təqsirləndirilən şəxs avtomobilin əyləc sisteminin sıradan çıxdığını iddia etsə də, ekspertiza bunun doğru olmadığını müəyyən edib".

O vurğulayıb ki, məhkəmə zamanı da maraqlı ifadələr səsləndirilib.

"Araşdırdığım materiallarda qeyd olunur ki, məhkəmədə həmin şəxs "O, mənim olmalı idi" ifadəsini işlədib. Daha sonra isə Rusiyanın şimalındakı qapalı düşərgələrdən birinə göndərilib. Hadisə ilə bağlı ən diqqətçəkən məqamlardan biri cinayətkarın kimliyinin uzun müddət ictimaiyyətdən gizli saxlanılması olub. "Kommunist", "Bakı", "Bakinski raboçi" və hətta "Pravda" qəzetlərində Manana Abuyevanın ölümü barədə yazılar dərc olunsa da, cinayət törətməkdə təqsirləndirilən şəxsin adı açıqlanmayıb. Mənim qənaətimə görə, bu, sovet dövrünün "xalqlar dostluğu" ideologiyası ilə əlaqədar idi və belə həssas məsələlərdə milli mənsubiyyətin qabardılmasına yol verilmirdi".

Sonda Zaur Əliyev qeyd edib ki, Manana Abuyevanın çəkildiyi "Gün çıxmazdan əvvəl" qısametrajlı filmi də baş verən faciənin kölgəsində qalıb və uzun illər geniş auditoriyaya tanıdılmayıb.

"Bu filmin rejissoru Qriqori Məlik-Avaqyan idi. Təəssüf ki, aktrisanın yaradıcılığı onun faciəli taleyi səbəbindən uzun illər lazımi diqqəti görmədi", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

PHOTOS

Gənc aktrisanı qətl edən erməninin adı niyə gizli saxlanıldı? — 1
NEWS FEED
20 AUGUST 2026
Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Three supermassive black holes found in a distant galaxy—and they may collide 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azerbaijan expresses condolences to CAR over deaths of miners 11:58 Trump’s secret plan revealed: How are 10 million barrels of oil transported every night? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 First death from West Nile virus recorded in Israel 10:44 “This is the end of the journey!” David Coulthard discusses Zandvoort’s Formula 1 future 10:28 Abbas Araghchi reacts to Donald Trump’s statements 10:24 Unexpected last-minute change in Darwin Núñez transfer 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 All News