“Elə zənn edirdim ki, dövlətinizin dili rus dilidir” deyən Xameneini Heydər Əliyev belə peşman etdi

“Elə zənn edirdim ki, dövlətinizin dili rus dilidir” deyən Xameneini Heydər Əliyev belə peşman etdi
20.07.2026 16:25

Keçmiş xarici işlər naziri Vilayət Quliyev Ümummilli Lider Heydər Əliyevin 2002-ci ilin may ayında İrana rəsmi səfəri zamanı İranın ali dini lideri Seyid Əli Xamenei ilə baş vermiş dialoqla bağlı xatirələrini bölüşüb.

TodayPress TV xəbər verir ki, Vilayət Quliyev 2020-ci ildə etdiyi paylaşımda səfərin son günündə Seyid Əli Xamenei ilə görüşün keçirildiyini bildirib.


Onun sözlərinə görə, Heydər Əliyev görüş zamanı Xameneinin doğulduğu Xamnə şəhərini xatırladaraq, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Fətəli Axundzadənin də əslən həmin yerdən olduğunu qeyd edib.

Vilayət Quliyev yazır ki, daha sonra söhbət Qarabağ münaqişəsi, Ermənistanla aparılan danışıqlar və İranın bu məsələyə münasibəti ətrafında davam edib.

Keçmiş nazirin sözlərinə görə, görüşün rəsmi hissəsində Seyid Əli Xamenei fars dilində çıxış edib və nitq rus dilinə tərcümə olunmağa başlanıb. Bu zaman Heydər Əliyev tərcüməçini saxlayaraq tərcümənin niyə rus dilinə aparıldığını soruşub.

“Mən elə zənn edirdim ki, sizin dövlətin dili rus dilidir”, – deyə Vilayət Quliyevin paylaşımında Xameneinin cavabı yer alıb.

Bunun ardınca Heydər Əliyevin Azərbaycanın dövlət dilinin heç vaxt rus dili olmadığını vurğuladığı bildirilir.

“Ay kişi, heç sovet dövründə də Azərbaycanın dövlət dili rus dili olmayıb. O vaxt da Konstitusiyamızda dövlət dilinin ana dilimiz olduğu yazılmışdı. Biz Moskvanın təzyiqlərinə baxmayaraq bu dili qorumuş, inkişaf etdirmişik”, – deyə Ümummilli Liderin sözləri paylaşımda qeyd olunub.

Vilayət Quliyev qeyd edib ki, Heydər Əliyevin etirazından sonra İran tərəfi çaşqınlıq yaşayıb. Daha sonra Prezident gərginliyi yumşaltmaq üçün tərcümənin Azərbaycan səfiri tərəfindən həyata keçirilməsini təklif edib.

Keçmiş xarici işlər naziri görüşün sonunda Heydər Əliyevin “bugünkü görüşümüzün ən böyük faydası Azərbaycanın dövlət dilinin rus dili olmadığını öyrənməyiniz oldu” ifadəsini işlətdiyini də xatırladıb. Onun sözlərinə görə, Seyid Əli Xamenei buna “Əstəğfürullah! Əstəğfürullah!” deməklə cavab verib.

Vilayət Quliyev həmin səfər zamanı baş vermiş digər bir epizodu da bölüşüb. O bildirib ki, Prezident Məhəmməd Hatəmi ilə Xəzər dənizinin hüquqi statusu müzakirə olunarkən İran Prezidenti dəfələrlə “Xəzər dənizi” əvəzinə “Mazandaran gölü” ifadəsini işlədib.

Paylaşımda qeyd olunur ki, Heydər Əliyev buna cavab olaraq, “Siz Mazandaran gölünün problemlərindən danışacaqsınız, mən də Quzğun dənizinin delimitasiyasından?” deyə münasibət bildirib.

Vilayət Quliyevin sözlərinə görə, bu iraddan sonra Məhəmməd Hatəmi üzr istəyib.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
20 AUGUST 2026
Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Three supermassive black holes found in a distant galaxy—and they may collide 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azerbaijan expresses condolences to CAR over deaths of miners 11:58 Trump’s secret plan revealed: How are 10 million barrels of oil transported every night? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 First death from West Nile virus recorded in Israel 10:44 “This is the end of the journey!” David Coulthard discusses Zandvoort’s Formula 1 future 10:28 Abbas Araghchi reacts to Donald Trump’s statements 10:24 Unexpected last-minute change in Darwin Núñez transfer 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Another batch of grain to be sent to Armenia in transit through Azerbaijan 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azeri Light oil price exceeds $95 per barrel 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 State Security Service detains member of illegal armed group wanted since 2009 09:31 All News