Motsartın əvvəllər məlum olmayan əlyazması tapıldı

Motsartın əvvəllər məlum olmayan əlyazması tapıldı
21.06.2026 05:00

Fransanın paytaxtı Parisdə yerləşən Milli Kitabxananın əməkdaşı məşhur Avstriya bəstəkarı Volfqanq Amadey Motsarta məxsus, içərisində arfa və fleyta üçün yeddi pyesin qeyd olunduğu not dəftərini aşkar edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

Nadir tapıntı mədəniyyət müəssisəsinin divarları arasında saxlanılan və 1794-cü il inqilabı dövründə qraf de Ginin evindən müsadirə olunmuş adsız əlyazmaların arasından tapılıb. Bildirilir ki, bəstəkar bu dəftərdən 1778-ci ildə Parisə son səfəri zamanı qrafın qızı, gənc arfa ifaçısı Mari-Luiza-Filippina de Bonnyer de Ginə dərslər verərkən istifadə edib. Əsərlərin müəllifliyinin birmənalı şəkildə Motsarta aid olmasını onun doğma şəhəri Zaltsburqdakı Motsart kitabxanasının mütəxəssisləri təsdiqləyiblər.

Kitabxananın kuratoru Fransua-Pyer Quanın sözlərinə görə, 44 səhifəlik əlyazmada bəstəkarın hər gün verdiyi onlarla dərsin qeydləri, o cümlədən sonuncusu yarımçıq qalmış arfa və fleyta üçün yeddi pyes yer alıb.

İyunun 21-də, Fransada Musiqi Gününün qeyd olunduğu vaxt, əvvəllər heç yerdə yayımlanmamış bu yeddi əsər Fransa Milli Kitabxanasında dəvət olunmuş qonaqlar qarşısında Fransa Radiosunun Filarmoniya Orkestrinin iki musiqiçisi tərəfindən ilk dəfə ifa ediləcək. Ümumi müddəti təxminən 20 dəqiqə olan pyeslər bu həftə lentə alınıb və bazar ertəsi yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 17:00-da) "France Musique" radiostansiyasında yayımlanacaq. Əlyazmanın orijinalı isə bazar günü keçiriləcək konsert zamanı ictimaiyyətə nümayiş etdiriləcək.

TodayPress TV

NEWS FEED
20 AUGUST 2026
Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Three supermassive black holes found in a distant galaxy—and they may collide 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azerbaijan expresses condolences to CAR over deaths of miners 11:58 Trump’s secret plan revealed: How are 10 million barrels of oil transported every night? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 First death from West Nile virus recorded in Israel 10:44 “This is the end of the journey!” David Coulthard discusses Zandvoort’s Formula 1 future 10:28 Abbas Araghchi reacts to Donald Trump’s statements 10:24 Unexpected last-minute change in Darwin Núñez transfer 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Another batch of grain to be sent to Armenia in transit through Azerbaijan 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 All News