Mayda iki dolunay: Nadir “mavi ay” hadisəsi baş tutacaq

Mayda iki dolunay: Nadir “mavi ay” hadisəsi baş tutacaq
01.05.2026 19:30

May ayının ilk dolunayı mayın 1-də Bakı vaxtı ilə saat 21:25-də baş verəcək.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Bu, may ayında baş verəcək iki dolunaydan birincisidir. İkinci dolunay isə ayın sonunda - mayın 31-də müşahidə olunacaq.

Mütəxəssislər bildirirlər ki, bir ayda iki dolunayın baş verməsi nadir hadisədir və buna “mavi ay” deyilir. Bu ad Ayın rəngi ilə bağlı deyil, ingilis dilindəki “once in a blue moon” (çox nadir hallarda) ifadəsindən götürülüb.

Alimlər izah edirlər ki, dolunaylar arasındakı interval təxminən 29,5 gündür. Bu səbəbdən bəzi aylarda təqvimə “əlavə dolunay” düşə bilir.

Türkan İsgəndərli

TodayPress TV