Şəmkirdə qəza - Ölən var

Şəmkirdə qəza - Ölən var
06.12.2025 23:30

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, "VAZ" və "Hundai" markalı avtomobillər toqquşub.

Nəticədə 1956-cı il təvəllüdlü H.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Əraziyə təcili tibbi yardım biriqadası və polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV