İsmayıllıda faciə: Kişi ekskavatorun altında qalaraq öldü

İsmayıllıda faciə: Kişi ekskavatorun altında qalaraq öldü
23.06.2026 20:50

İsmayıllıda bədbəxt hadisə baş verib.

TodayPress TV APA-ya xəbər verir ki, hadisə Lahıc qəsəbəsində çay yatağında qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Sumqayıt sakini Əyyub Əfəndiyev iş görən zaman ekskavatorun altında qalaraq ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

TodayPress TV