Bakıda itən azyaşlının valideynləri tapıldı

Bakıda itən azyaşlının valideynləri tapıldı
30.01.2026 15:15

Yol Patrul Xidməti (YPX) əməkdaşlarının dairəvi yolda təhlükəli ərazidən keçərkən tapdığı azyaşlının valideynləri müəyyən edilib.

TodayPress TV xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilən operativ tədbirlər nəticəsində uşağın valideynləri müəyyən edilərək onlarla əlaqə saxlanılıb. Azyaşlının atası ekoloji nəzarət postuna dəvət olunub.   

TodayPress TV