XRİTDX daha bir universitet ilə birgə laboratoriyalar yaradacaq

XRİTDX daha bir universitet ilə birgə laboratoriyalar yaradacaq
19.03.2026 11:20 İKT

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) ilə Odlar Yurdu Universiteti birgə laboratoriyaların qurulması və ixtisaslı mütəxəssislərin yetişdirilməsi sahələrində əməkdaşlığa start verib.

TodayPress TV Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu XRİTDX və universitet arasında imzalanan əməkdaşlıq haqqında Memorandumda öz əksini tapıb.

Bundan əlavə, tərəflər XRİTDX-nın dəstəyi ilə universitetdə mövcud təhsil proqramlarının yenilənməsi, ustad dərslərinin təşkili, həmçinin tələbələrin praktika imkanlarının genişləndirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.

Memoranduma XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev və Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev imza atıb.

Vurğulanır ki, sözügedən memorandum "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası"nın müəyyən etdiyi hədəflərə müvafiq olaraq özəl ali təhsil müəssisələrində yüksəkixtisaslı kadrların hazırlanmasını, informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində innovativ işlərin aparılmasını, eləcə də məlumat və təcrübə mübadiləsinin reallaşdırılmasını nəzərdə tutur.

Xatırladaq ki, keçən ayın əvvəlində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşəbbüsü və dəstəyi ilə Bakı Ali Neft Məktəbində (BANM) "İnformasiya Təhlükəsizliyi Testləri" laboratoriyası istifadəyə verilib.

TodayPress TV

PHOTOS

XRİTDX daha bir universitet ilə birgə laboratoriyalar yaradacaq — 1
XRİTDX daha bir universitet ilə birgə laboratoriyalar yaradacaq — 2
XRİTDX daha bir universitet ilə birgə laboratoriyalar yaradacaq — 3
NEWS FEED
15 JUNE 2026
Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 All News