"Windows 11" dünya bazarında 50 faiz həddini keçdi

"Windows 11" dünya bazarında 50 faiz həddini keçdi
12.11.2025 01:30 İKT

“StatCounter” analitik şirkəti "Microsoft" əməliyyat sistemlərinin qlobal bazar payı ilə bağlı 2025-ci ilin oktyabr nəticələrini açıqlayıb. Məlumatlara görə, "Windows 11" ilk dəfə olaraq fərdi kompüterlər bazarında 50 faiz həddini aşaraq liderliyini daha da möhkəmləndirib.

TodayPress TV xəbər verir ki, “StatCounter”in məlumat bazasında izlənilən cihazların 55,18 faizi artıq "Windows 11" sistemində işləyir.

Əvəzində "Windows 10"un payı azalmağa davam edib – sentyabrda 43,78 faiz olan göstərici oktyabrda 41,71 faizə düşüb. Analitiklər bunu "Microsoft"un köhnə əməliyyat sisteminə rəsmi dəstəyi dayandırması ilə əlaqələndirirlər. Bu addım həm fərdi, həm də korporativ istifadəçiləri yeni platformaya keçməyə sövq edib.

Üçüncü yerdə isə hələ də bəzi kompüterlərdə istifadə olunan "Windows 7" qalır – onun payı 2,52 faiz təşkil edir. Daha yeni, lakin populyarlığını itirmiş "Windows 8" (8.1 versiyası daxil olmaqla) 0,34 faiz, köhnə "Windows XP" isə cəmi 0,22 faiz paya sahibdir.

Qiymət Mahir

NEWS FEED
15 JUNE 2026
Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 All News