Tural Məmmədov: “Ağıllı şəhərlərdə kibermüharibə simulyasiyası real təhdidlərə qarşı sınaqdır”

Tural Məmmədov: “Ağıllı şəhərlərdə kibermüharibə simulyasiyası real təhdidlərə qarşı sınaqdır”
09.10.2025 09:23 İKT

Bu gün Bakı Konqres Mərkəzində “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” adlı kibertəhlükəsizlik festivalı öz işinə başlayıb.

Tədbir Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə keçirilir.

TodayPress TV xəbər verir ki, CIDC-2025 Təşkilat Komitəsinin sədri Tural Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, festival dörd əsas hissədən ibarətdir.

Bunlar təlimlər, sərgi, konfrans və kibermüharibə yarışıdır.

Onun sözlərinə görə, festival çərçivəsində altı fərqli istiqamətdə xüsusi kibertəhlükəsizlik təlimləri keçiriləcək:

"Bu təlimlər çox spesifik istiqamətləri əhatə edir və bu sahədə indiyədək heç bir kurs və ya proqramda keçirilməyən mövzuları əhatə edir".

Tural Məmmədov qeyd edib ki, tədbirin digər mühüm hissəsi İnformasiya Təhlükəsizliyi Sərgisidir. Burada kibertəhlükəsizlik sahəsində ən son texnoloji həllər və yeniliklər nümayiş olunur.

Festivalın üçüncü hissəsini təşkil edən konfrans bölməsində isə “ağıllı şəhərlər” və “kritik infrastrukturların müdafiəsi” mövzularında 10 təqdimat və 5 panel müzakirəsi planlaşdırılıb.

Tədbirin ən maraqlı mərhələlərindən biri isə kibermüharibə yarışı olacaq. Bu il yarışın mövzusu “Ağıllı şəhərlərdə kibermüharibə simulyasiyası” adlanır.

"Bu mövzunun seçilməsi təsadüfi deyil. Cənab Prezident İlham Əliyevin kritik infrastrukturların təhlükəsizliyi ilə bağlı verdiyi tapşırıqlardan və qəbul olunmuş qanunvericilik aktlarından irəli gəlir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına, Dövlət Təhlükəsizliyi Xidməti isə ümumi kritik infrastrukturlara nəzarət istiqamətində birgə fəaliyyət göstərir".

O bildirib ki, bu cür tədbirlər kibertəhlükəsizlik sahəsində maarifləndirməni və təcrübə mübadiləsini artırmaq məqsədi daşıyır.

Türkan İsgəndərli

TodayPress TV


XƏBƏR LENTİ
15 IYUN 2026
İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Bütün Xəbərlər