Tiktok 2025-ci ildə Azərbaycanda bir milyondan çox videonu silib

Tiktok 2025-ci ildə Azərbaycanda bir milyondan çox videonu silib
16.07.2025 10:13 İKT

Qısa videolar üzrə aparıcı platforma olan TikTok Azərbaycanda yerli icmanın təhlükəsizliyini prioritet hesab edir və yaradıcılıq üçün dostcasına və rahat mühitin formalaşmasına töhfə verir.

TodayPress TV xəbər verir ki, təhlükəsizliyi təmin etmək üçün TikTok ən müasir texnologiyalardan və dünyanın dörd bir yanındakı on minlərlə mütəxəssisdən istifadə edir.

Platformada 24/7 rejimində aparılan moderasiya İcma Qaydalarını pozan videomaterialları silir. Şəffaflıq prinsipinə uyğun olaraq TikTok hər rüb silinmiş kontentin miqdarını açıqlayır.

İcma Qaydalarına əməl olunmasına dair Hesabata əsasən, 2025-ci ilin birinci rübündə Azərbaycanda:

- İcma Qaydalarının pozulması səbəbindən bir milyondan çox video silinib.

- Ümumi videoların 99%-i platforma tərəfindən proaktiv şəkildə, yəni onlara şikayət edilməzdən əvvəl aradan qaldırılıb.

- Videoların 97%-i dərc olunduqdan sonra 24 saat ərzində silinib ki, bu da dünya üzrə orta göstəricilərdən yüksəkdir. 

Xatırladaq ki, ötən il Azərbaycanda üç milyondan çox video silinib.

Eyni zamanda, 2025-ci ilin birinci rübü üçün dünya üzrə, İcma Qaydalarının pozulması ilə əlaqədar:

- 211 milyondan çox video silinib.

- Videomaterialların 99%-i proaktiv şəkildə silinib.

- Videoların 94,3%-i dərc olunduqdan sonra 24 saat ərzində silinib.

Bu dövr ərzində silinmiş ümumi məzmunun 87%-dən çoxu avtomatlaşdırılmış moderasiya texnologiyaları vasitəsilə silinib ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Bundan əlavə, TikTok-un moderasiya texnologiyaları canlı yayımlarda İcma Qaydalarını pozan məzmunun daha sürətli müəyyən edilməsinə kömək edib: birinci rübdə 19 milyon canlı yayım dayandırılıb ki, bu da əvvəlki rübə nisbətən 50% çoxdur.

XƏBƏR LENTİ
15 IYUN 2026
Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Bütün Xəbərlər