Məlumatları yerli "bulud"da saxla! – Xərclərə qənaət et!

Məlumatları yerli "bulud"da saxla! – Xərclərə qənaət et!
14.05.2026 10:39 İKT

Azərbaycanın ilk ictimai bulud platforması olan "AZINCLOUD" istifadəçilərə "istifadə etdiyin qədər ödə" (Pay-as-you-go) modelini təklif edir.

TodayPress TV xəbər verir ki, "AZINCLOUD" biznesləri maliyyə yükündən azad edərək, ilkin sərmayə olmadan, istifadə olunan resurslara görə ödəniş etmək və İT xərclərini optimallaşdırmaq imkanı yaradır.

Ödəniş üçün abunəçinin platformada bank kartı detallarını bir dəfə qeyd etməsi kifayət edir və hər ayın sonunda istifadə olunan xidmət həcminə uyğun müvafiq məbləğ avtomatik balansdan çıxılır. Eyni zamanda, sistem vasitəsilə hər bir müştəri şəxsi hesabından ödəniş tarixçəsinə maneəsiz nəzarət edə bilir. Platforma Azərbaycan dilində interfeysə malikdir və bütün xidmətlər Azərbaycan manatı ilə təqdim edilir ki, bu da əlavə bank komissiyalarını aradan qaldırır.

Qeyd edək ki, istifadəçilər istənilən vaxt abunəliyini sonlandırma hüququna da malikdir.

"AZINCLOUD" haqqında

Azərbaycanın ilk ictimai bulud platforması olan "AZINCLOUD" AZCON Holding şirkətlərindən olan "AzInTelecom" MMC-nin Avropanın qabaqcıl böyük bulud provayderi "Gcore" ilə əməkdaşlığı çərçivəsində yaradılıb. "AZINCLOUD" platforması istifadəçilərə yüksək səviyyəli məlumat təhlükəsizliyi, gücləndirilmiş kibermüdafiə, tam nəzarət edilə bilən infrastruktur və fasiləsiz texniki dəstək şəraiti yaradır.

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
"Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 All News