ETX: Sürücülük vəsiqələrinin "Instagram"da qanunsuz paylaşılmasının qarşısı alınıb

ETX: Sürücülük vəsiqələrinin "Instagram"da qanunsuz paylaşılmasının qarşısı alınıb
13.01.2026 14:47 İKT

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) apardığı monitorinqlər nəticəsində "Instagram" sosial şəbəkəsində sürücülük təlimi ilə məşğul olan şəxslərin 3 mindən çox fiziki şəxsə aid sürücülük vəsiqəsini reklam məqsədilə açıq şəkildə paylaşdığı müəyyən edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilir ki, qeyd olunan hallarda vətəndaşların fərdi məlumatlarının yayılması onların üçüncü şəxslər tərəfindən ələ keçirilməsi və qanunsuz istifadəsi riskini artırdığı üçün ETX müvafiq səhifələrin inzibatçılarına rəsmi müraciət ünvanlayıb. Müraciətdə sürücülük vəsiqələrinin dərhal silinməsi və bu kimi halların təkrarlanmaması üçün zəruri texniki və təşkilati tədbirlərin görülməsi tələb edilib. Nəticədə qanunsuz paylaşılan məlumatların silinməsi təmin olunub.

ETX bir daha vətəndaşlara müraciət edərək bildirir ki, fərdi məlumatların, o cümlədən sürücülük vəsiqəsi kimi rəsmi sənədlərin sosial şəbəkələrdə paylaşılması ciddi təhlükə yaradır. Belə məlumatlar yalnız etibarlı və səlahiyyətli qurumlara təqdim edilməli, qanun pozuntusu halları ilə rastlaşdıqda isə dərhal ETX-yə məlumat verilməlidir.

Eyni zamanda sürücülük təlimi təşkil edən şəxslərə və müəssisələrə xəbərdarlıq edilir ki, vətəndaşların rəsmi sənədlərinin sosial şəbəkələrdə paylaşılması yolverilməzdir və "Fərdi məlumatlar haqqında" qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət olunmalıdır.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 All News