Elon Mask Grok 4.6-nı təqdim etdi
SpaceX şirkəti Grok 4.6 süni intellekt modelini təqdim edib.
TodayPress TV xəbər verir ki, şirkətin rəhbəri Elon Mask yeni modelin zəka, sürət və qiymət baxımından rəqiblərini üstələdiyini bildirib.
Musk Grok 4.6-nı “obyektiv olaraq 1 nömrəli” model adlandırıb.
Məlumata görə, Grok 4.6-nın qiyməti 1 milyon giriş və çıxış tokeni üçün müvafiq olaraq 2 və 6 dollar təşkil edir. Bu göstəricinin bəzi rəqib modellərlə müqayisədə daha aşağı olduğu bildirilir.
Müstəqil analitika şirkəti Artificial Analysis də Grok 4.6-nın yüksək nəticələr göstərdiyini açıqlayıb. Şirkətin qiymətləndirməsinə əsasən, model Süni İntellekt İndeksində 61 bal toplayaraq GPT-5.6 səviyyəsinə yaxınlaşıb və agent tapşırıqlarında güclü nəticələr nümayiş etdirib.
Tanınmış investor Qevin Beyker isə Grok 4.6-nın daha aşağı qiymətə rəqiblərinə yaxın performans göstərdiyini bildirib. Onun sözlərinə görə, növbəti versiya olan Grok 4.7 daha böyük model olacaq və əlavə məlumatlarla təlim keçəcək.
Qeyd edək ki, xAI-ın ilk Grok modeli 2023-cü ilin noyabrında ChatGPT-yə rəqib kimi təqdim edilmişdi. 2025-ci ilin iyulunda Grok 4 süni intellekt göstəricilərində yüksək nəticə göstərərək OpenAI, Google və Anthropic modellərini geridə qoymuşdu. 2026-cı ilin iyulunda isə Grok 4.5 təqdim edilmişdi.
Jalə Rövşən