Dünya ölkələrinin kibertəhlükə statistikası açıqlandı

Dünya ölkələrinin kibertəhlükə statistikası açıqlandı
31.07.2025 15:08 İKT

Yaxın Şərqdə gərginliyin artması fonunda, 2025-ci ilin birinci yarısında İsrail və İran dünyanın ən çox kiberhücumlara məruz qalan ölkələri sırasına daxil olub. İsrail bütün hücumların 8,4%-i ilə dördüncü, İran isə 8,1%-lik göstərici ilə beşinci yerdə qərarlaşıb.

TodayPress TV xəbər verir ki, bu barədə “StormWall” məlumat yayıb. 

2025-ci ilin birinci yarısında kiberhücumların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 108% artıb. 

Antireytinqin liderləri isə ABŞ (12,6%), Çin (10,4%) və Hindistan (9,2%) olub. 

Mütəxəssislər bu ölkələrin hədəf seçilməsini həm inkişaf etmiş iqtisadiyyatları, həm də regional və qlobal münaqişələrdəki rolları ilə izah edirlər.

Xüsusilə Hindistan və Pakistan arasındakı gərginlik fonunda bu hücumlar artmaqdadır.

Avropa dövlətləri də ilk onluğa düşüb. Almaniya (7,6%) altıncı, Böyük Britaniya (7,3%) isə yeddinci sıradadır. 

Bu ölkələr həm "ransomware" hücumları, həm də siyasi qərarlara qarşı narazılıq göstərən aktivistlərin hədəfi olublar.

Əvvəllər siyahının ilk yerlərində olan Rusiya bu dəfə 6,4% göstərici ilə səkkizinci yerdə qərarlaşıb. 

Vurğulanıb ki, bu dövrdə hakerlər və siyasi motivli qrupların hücumları ilə yanaşı, Vahid Dövlət İmtahanı və universitetlərdə qəbul proseslərini pozmağa çalışan məktəblilərin iştirakı ilə kütləvi insidentlər də qeydə alınıb.

Səudiyyə Ərəbistanı (5,3%) və Sinqapur (5,1%) da ilk onluqda yer alıb. Analitiklərə görə, Səudiyyə Ərəbistanı enerji və maliyyə sektoru, Sinqapur isə inkişaf etmiş texnoloji infrastrukturu səbəbilə hücumların əsas hədəfinə çevriliblər.

Qeyd edək ki, kiberhücumları nəticəsində dövlət qurumları, maliyyə və energetika sektoru, media və təhsil sahələri ciddi zərər görə bilər. Mütəxəssislər hökumətləri və özəl sektoru kibertəhlükəsizlik tədbirlərini gücləndirməyə çağırırlar.

XƏBƏR LENTİ
30 IYUL 2026
Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Bütün Xəbərlər