"Bakcell" tariflərində dəyişiklik etdi

"Bakcell" tariflərində dəyişiklik etdi
04.06.2025 21:30 İKT

"Bakcell” tərəfindən göstərilən xidmətlərin istifadə imkanlarını genişləndirmək məqsədilə öncədən ödənişli tariflər üzrə bir sıra yeniliklər tətbiq olunacaq.

TodayPress TV xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, yeni qaydalara əsasən, 04.07.2025-ci il tarixindən etibarən abunəçilər nömrənin açıq qalma müddətini yalnız balans artırmaqla deyil, həm də tarifin abunə haqqını ödəməklə uzada biləcəklər. Bu o deməkdir ki, abunə haqqı ödənildikdə, nömrə tarifin istifadə müddəti ərzində ikitərəfli açıq qalacaq. Nümunə üçün abunəçi xəttin 30 gün açıq qalmasını istəyirsə, sadəcə ona uyğun tariflərdən birini seçib abunə haqqını ödəməsi kifayətdir.

Qeyd edilir ki, nömrənin istifadə müddəti ilə bağlı şərtlər dəyişməz olaraq qalır.

23.06.2025-ci il tarixindən etibarən “Günboyu 0”, “YeniDoğma”, “ƏlaSAAT”, “İLK”, “CİN 1”, “SevimliCİN”, “DoğmaCİN” və “GəlirliCİN” tariflərinin 30 günlük abunə haqqı 3.99 AZN təşkil edəcək. Bu abunə haqqına uyğun olaraq abunəçilərə bütün istiqamətlər üzrə 40 dəqiqə ölkədaxili danışıq və 400 MB internet təqdim olunacaq. 

Bu tariflər üzrə hazırda tətbiq olunan gündəlik, həftəlik və aylıq abunə haqqları dayandırılacaq.

Tarifin abunə haqqının ödənilməsi üçün balansda kifayət qədər məbləğ olmadıqda, ödəniş məbləğindən asılı olaraq nömrənin xətti 100 günədək aktiv qalır. Mövcüd tariflər üzrə nömrənin aktiv saxlaması müddətləri ilə bağlı məlumatı növbəti linkdən əldə edə bilərsiniz:

 25.07.2025-ci il tarixindən etibarən aşağıdakı internet paketlərin şərtlərində dəyişikliklər qüvvəyə minəcək. Bu dəyişikliklər yeni internet paketi qoşulmalarına və keçid etmək istəyən abunəçilərə şamil olunacaq:

- Artıq abunəçilər saatlıq internet paketlərini günün istənilən vaxtında, limitsiz sayda əldə edə biləcəklər.

Bu paketlərin mövcud abunəçiləri qeyd olunan tarixə qədər indiki şərtlərlə istifadə etməyə davam edəcəklər. Dəyişikliklər, göstərilən tarixdən sonra növbəti yeniləmə zamanı avtomatik şəkildə tətbiq olunacaq.

Eyni zamanda, 25.07.2025-ci il tarixindən etibarən “Günlük 1 GB”, “Həftəlik 1 GB” və “1,5 GB” paketlərinə yeni qoşulmalar dayandırılacaq.

Qeyd olunan tarixdən etibarən bütün iri həcmli internet paketlərinin istifadə müddəti 28 gün təşkil edəcək.


XƏBƏR LENTİ
15 IYUN 2026
Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Bütün Xəbərlər