"Apple" martda yeni "MacBook" təqdim edə bilər

"Apple" martda yeni "MacBook" təqdim edə bilər
26.02.2026 18:15 İKT

Şəbəkədə "Apple"ın martın əvvəlində təqdim edəcəyi gözlənilən büdcə "MacBook" modeli ilə bağlı yeni məlumat sızıb.

TodayPress TV xəbər verir ki, bu barədə “MacRumors” portalı Çin sosial şəbəkəsi "Weibo"da yayımlanan insayder məlumatına istinadən yazıb.

Məlumata görə, 12,9 düymlük "MacBook" "Apple A18 Pro" prosessoru, 8 GB operativ yaddaş və 256 və ya 512 GB SSD ilə təchiz olunacaq. Bildirilir ki, yaddaş qurğusu xəttin daha bahalı modelləri ilə müqayisədə daha aşağı sürət sinfinə aid olacaq. Displeyin maksimal parlaqlığı isə 500 nitə qədər olacaq.

Qiyməti aşağı salmaq məqsədilə "Apple"ın bir sıra funksiyalardan imtina edəcəyi iddia olunur. Belə ki, model "True Tone" texnologiyasını, klaviatura işıqlandırmasını, sürətli enerji doldurmanı və 100 Ohm-dan yüksək impedanslı qulaqlıqlarla işləmə imkanını itirə bilər. Bundan əlavə, qurğu "Wi-F"i və "Bluetooth" modullarının işini sürətləndirən N1 çipini də almayacaq.

Yeni "MacBook" və daha güclü modellərin rəsmi təqdimatının 2–4 mart tarixlərində keçirilməsi gözlənilir. Şayiələrə görə, büdcə versiya bir neçə parlaq rəngdə və 599 ABŞ dollarından başlayan qiymətlə satışa çıxarılacaq.

Bundan əvvəl "iPhone 18 Pro" modelinin ekranaltı sensorlar əldə etməyəcəyi barədə məlumat yayılmışdı.

Qiymət Mahir

NEWS FEED
15 JUNE 2026
İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 All News