Yemelyanenko yox, Verdum! Uoker seçimiylə təəccübləndirdi
UFC-nin ağır çəki dərəcəsində reytinqdə 10-cu pillədə qərarlaşan braziliyalı Valter Uoker qarışıq döyüş növləri (MMA) tarixinin ən güclü ağırçəkili döyüşçüsü ilə bağlı fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə “MMA Fighting” portalı məlumat yayıb.
Uokerin sözlərinə görə, bu ada Rusiya təmsilçisi Fyodor Yemelyanenko deyil, həmyerlisi Fabrisio Verdum layiqdir.
“Mənim üçün əsas məsələ neçə dəfə rəqibini təslim etdiyin deyil, kimləri təslim etdiyindir. Buna görə də bütün dövrlərin ən yaxşı ağırçəkilisi Fabrisio Verdumdur. O, Fyodor Yemelyanenkonu və Keyn Velaskesi təslim olmağa məcbur edib. Məhz buna görə Verdumu bütün zamanların ən böyüyü hesab edirəm. Onun səviyyəsinə çatmaq mənim üçün böyük şərəf olardı, amma hazırda buna yaxın olduğumu düşünmürəm”, – deyə Uoker bildirib.
Namiq HUN