Xokkey dünyası şokda: Oveçkin karyerasını bitirə bilər

Xokkey dünyası şokda: Oveçkin karyerasını bitirə bilər
10.03.2026 11:50 İdman

NHL əfsanəsinin açıqlaması

ABŞ Milli Xokkey Liqası (NHL) əfsanəsi Aleksandr Oveçkin mümkün karyera sonu barədə danışaraq qərarın əsasən sağlamlıq vəziyyətindən asılı olacağını bildirib.

“Vaşinqton Kepitalz” klubunun hücumçusu qeyd edib ki, müasir xokkey daha sürətli və fiziki baxımdan daha sərtdir:


“Karyeramı bitirmək qərarı bədənimin necə hiss etməsindən asılıdır. İndi xokkey çox sərt və çox sürətlidir. Mənim 40 yaşım var və gənc oyunçularla rəqabət aparmaq çətindir. Amma ən vacibi sağlamlıqdır. İstəmirəm ki, bir-iki ildən sonra dizim, dirsəyim və ya belim ağrımağa başlasın. Buna görə də bu qərara ağılla yanaşmaq lazımdır. Amma mən hələ də bu oyunu sevirəm”.

NHL tarixinin ən böyük bombardirlərindən biri

Aleksandr Oveçkin dünya xokkeyinin ən parlaq simalarından biridir və onun karyerası artıq idman tarixində xüsusi yer tutur. 2004-cü ildə NHL draftında “Vaşinqton Kepitalz” tərəfindən ilk nömrə ilə seçilən hücumçu demək olar ki, bütün karyerasını eyni klubda keçirib və komandanın simvoluna çevrilib.


Onun karyerasının ən böyük uğurlarından biri 2018-ci ildə “Stanley” Kubokunu qazanmasıdır. Həmin mövsümdə Oveçkin komandasını çempionluğa apararaq həm də pley-offun ən dəyərli oyunçusuna verilən “Conn Smythe Trophy” mükafatını qazanıb.


Oveçkin fərdi mükafatların sayına görə də NHL tarixində ən uğurlu oyunçulardan biridir. O, dəfələrlə liqanın ən yaxşı oyunçusuna verilən “Hart Memorial Trophy” mükafatını qazanıb və həmçinin mövsümün ən yaxşı snayperinə təqdim edilən “Maurice Rocket Richard Trophy” rekord sayda onun adına yazılıb.


Rusiyalı hücumçu həm də “Art Ross Trophy”, “Ted Lindsay Award” kimi mükafatlara layiq görülüb və uzun illər NHL-in ən parlaq hücumçularından biri kimi tanınıb.

Statistik baxımdan Oveçkin xokkey tarixində nadir hallarda rast gəlinən nəticələr əldə edib. O, NHL tarixində 900-dən çox qol vuran azsaylı xokkeyçilərdən biridir və artıq 921 qolla liqanın ən yaxşı bombardiri sayılır. Onun güclü zərbələri, xüsusilə də sol cinahdan etdiyi məşhur “one-timer” zərbələri uzun illər NHL müdafiəçiləri və qapıçıları üçün böyük problem olub.


Bundan başqa, Oveçkin NHL “All-Star” oyunlarının daimi iştirakçısı olub və uzun müddət liqanın ən populyar xokkeyçilərindən biri sayılıb. O, həmçinin Rusiyanın milli komandası ilə də böyük uğurlar qazanıb – hücumçu dünya çempionatlarında bir neçə dəfə qızıl medal əldə edib.


Bu səbəbdən Oveçkinin mümkün karyera sonu yalnız bir xokkeyçinin vidalaşması deyil, həm də bütöv bir dövrün başa çatması kimi qiymətləndirilə bilər. O, artıq NHL tarixində Ueyn Qretski kimi əfsanələrlə yanaşı xatırlanan simalardan biridir və xokkey tarixində ən böyük hücumçulardan biri kimi yadda qalacaq.


Namiq HUN

NEWS FEED
31 JULY 2026
İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 All News