Tennis ulduzu etiraf etdi: “Emosiyalar məni bürüyə bilər”

Tennis ulduzu etiraf etdi: “Emosiyalar məni bürüyə bilər”
08.04.2026 14:49 İdman

Fransalı tennisçi Qael Monfis qarşıdan gələn Fransa Açıq çempionatı ilə bağlı fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, 39 yaşlı tennisçi mətbuat konfransında “Rolan  Qarros” turnirinin onun üçün unudulmaz olacağını bildirib: 

“Bu, heç vaxt unutmayacağım bir şey olacaq. Ola bilsin ki, hisslərimi çox büruzə verməyəcəyəm, çünki diqqətimi oyuna yönəldəcəyəm. Amma emosiyalar məni bürüsə, artıq heç nə etmək mümkün olmayacaq. Adətən onları yaxşı idarə edirəm”.

Qeyd edək ki, Qael Monfis karyerası ərzində ATP turnirlərində fərdi yarışda 13 titul qazanıb. O, 2016-cı ildə dünya reytinqində 6-cı pilləyə yüksəlib. Tennisçi karyerası ərzində 2008-ci ildə Fransa Açıq çempionatının, 2016-cı ildə isə ABŞ Açıq turnirinin yarımfinalına yüksəlib.

Bundan əlavə, tennisçi iki dəfə Devis Kubokunun finalında iştirak edib (2010, 2014), 2005–2023-cü illər arasında ardıcıl 19 mövsümdə ən azı bir ATP finalına çıxıb və 2025-ci ildə 38 yaşında Oklend turnirində qalib gələrək 1990-cı ildən bəri ən yaşlı ATP çempionu olub.

Namiq HUN

TodayPress TV

NEWS FEED
07 AUGUST 2026
Xodar tennis tarixinin seçilmişləri sırasına düşdü! 14:14 İsrailin Türkiyəyə qarşı əsl planı - Ankara kənarda qaldı 14:11 Bayındır Avropa Liqası iştirakçısına transfer olundu! 13:48 Xameneinin səhhəti pisləşdi - İDDİA 13:39 Azərbaycanda yeni komitə yaradıldı - SƏRƏNCAM 13:24 Azərbaycanın Pakistandakı səfiri dəyişdi 13:22 Azərbaycanın Malayziyadakı səfiri geri çağırıldı 13:20 Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı 13:18 Jurnalist vəsiqəsi haqqında dəyişiklik edildi 13:12 Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verilib 13:09 Media və Yayım Şurası yaradıldı 12:57 Moskvada güclü partlayış səsi: Ukrayna zərbəsi, yoxsa supersonik sınaq? - VİDEO 12:55 Emin Rzayev Qazaxıstanda rəqiblərinə şans vermədi! 12:47 Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı hərbi ittifaq qurur - SƏBƏBLƏR 12:28 UFC ulduzu Makqreqor qayıdış üçün məşqlərə start verdi 12:16 Erməni kilsəsi tarixində ilk: Katolikos II Qaregin məhkəmə qarşısına çıxacaq 12:20 2026 reqlamenti “Maklaren”in planlarını alt-üst etdi 12:09 İplər gərildi, atəşkəs bitdi... - Yəməndə nə baş verir? - ŞƏRH 12:02 Türkiyədə 4.1 bal gücündə zəlzələ baş verdi - VİDEO 11:59 Alonsonun qərarı Okonun taleyini həll edə bilər 12:22 "Tarqovı"da obyekt yanır - VİDEO 11:51 Xaranın iştirakı ilə baş verən qəzanın səbəbi açıqlandı 11:47 Tramp "doğum turizmi"nə qarşı yeni sərəncam imzaladı 11:38 Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurlayan şəxs tutuldu 11:28 Azərbaycanda xeyli silah-sursat aşkarlandı 11:14 All News