Superkubok şoku! Enrike PSJ-nin məğlubiyyətinə səbəb göstərdi

Superkubok şoku! Enrike PSJ-nin məğlubiyyətinə səbəb göstərdi
17.08.2026 10:35 İdman

PSJ-nin baş məşqçisi Luis Enrike komandasının Fransa Superkubokunun finalında “Lans”a 0:1 hesabı ilə məğlub olmasının səbəblərini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.  

“Hücumları tamamlamaq bizə çatmadı. Məncə, temp və oyundakı vəziyyətlər çox müsbət idi. Xüsusilə ilk hissədə gördüklərimdən çox razı qaldım. Bu, son oyunlarla müqayisədə “Lans”ın bizə qarşı ən az qol vəziyyəti yaratdığı matç idi.

Nəticədən razı deyiləm, çünki daha artığına layiq idik. Amma “Lans”ı təbrik etməliyəm. Onlar qalib gəldilər və özlərinə xas yüksək intensivliklə yaxşı oynadılar. Bununla belə, komandamın oyununu bəyəndim”, – deyə Enrike bildirib.

Mütəxəssis “Lans”ın hansı aspektlərdə PSJ-dən üstün olduğunu düşünmədiyini də vurğulayıb:

“Heç bir aspektdə. Mənim gördüyüm qədərilə biz daha güclü idik. Bu normaldır, çünki belə oyunlara daha çox öyrəşmişik. Amma atmosferi və onların etdiklərini nəzərə alsaq, çox yaxşı müdafiə olundular. Biz oyuna nəzarət edirdik. Daha aydın qol vəziyyətlərimizin olmasını istəyərdik. Usman Dembele və Nunu Mendeşin belə imkanları oldu. Çox yaxşı oyun keçirdik, amma bəxtimiz gətirmədi”.

Qeyd edək ki, “Lans”ın qələbə qolunu 32-ci dəqiqədə Florian Toven vurub. 

Namiq HUN

TodayPress TV

NEWS FEED
17 AUGUST 2026
Azərbaycan XİN Qabonu təbrik etdi 12:28 Vikarionun yeni ünvanı bəlli oldu: “Yuventus” transferi tamamladı! 12:25 Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi 12:21 İlham Əliyev onları “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi - ADLAR 12:13 DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verildı - SƏRƏNCAM 12:09 İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 50-ni keçdi 12:06 İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edildi 11:53 Azərbaycanın dövlət başçısı Ukraynanın sabiq Prezidenti ilə görüşdü 11:51 “Arsenal” müdafiəyə əl gəzdirməyə hazırlaşır: Arteta açıqladı 11:27 Qara dənizdə yeni plan: Rumıniya hərbi gəmilər inşa edəcək 11:07 Azərbaycanlı boksçular rinqi fəth edir: 4 təmsilçimiz 1/4 finalda! 11:31 Ay tutulması yaxınlaşır: Azərbaycanda cəmi 32 dəqiqə görünəcək 10:56 İlham Əliyev indoneziyalı həmkarını təbrik etdi 11:34 Bakı-Qəbələ-Bakı reyslərinin qrafikinə dəyişiklik ediləcək 10:51 16 yaşlı qızın toyunun qarşısı alındı 10:46 Ərdoğan: "Məkkə ittifaqına başqa ölkələr də qoşula bilər" 10:26 Superkubok şoku! Enrike PSJ-nin məğlubiyyətinə səbəb göstərdi 10:31 UFC-də zəfər! Maxaçev İen Qerrini məğlub edərək seriyanı uzatdı 09:46 FHN 46 nəfəri xilas etdi 09:58 Rodri “Barselona” yolunda! Transferin məbləği açıqlandı 09:44 Hindistan Məbədində izdiham: 7 nəfər öldü, onlarla yaralı var 09:54 “Arsenal”da möhtəşəm başlanğıc: Kalafyori 58 illik rekordu yenilədi! 09:42 İndoneziyada güclü zəlzələ oldu 09:50 Mauro İkardi üçün İtaliya variantı: “Latsio” ulduz hücumçunu istəyir! 09:39 Belqoroda raket hücumu: 6 nəfər öldü, yaralananlar var 09:37 All News