Sport1: 2026 Hemilton üçün həlledici ola bilər

Sport1: 2026 Hemilton üçün həlledici ola bilər
06.01.2026 11:20 İdman

“Formula-1”in keçmiş pilotu Romen Qrojan britaniyalı yeddiqat dünya çempionu, hazırda “Ferrari” komandasında çıxış edən Lyuis Hemiltonun gələcəyi ilə bağlı fikirlərini bölüşüb. 

TodayPress TV Sport1 nəşrinə istinadən xəbər verir ki, o, 2025-ci ilin Hemilton üçün uğursuz keçməsindən sonra vəziyyəti dəyərləndirib.

“Bunu heç vaxt əvvəlcədən bilmək olmur. Niko Rosberq dünya çempionu titulunu qazandıqdan cəmi beş gün sonra “Formula-1”dən getdi. Bu, hamı üçün şok idi. Lyuis indi gedərmi? Məncə, yox. Düşünürəm ki, onda qürur və güclü rəqabət ruhu var, o, uğur qazanmaq istəyir və belə bir mövsümdən sonra karyerasını bitirə bilməz. Ona görə də mənim fikrimcə, o, 2026-cı ildə də “Formula-1”də qalacaq. Amma 2026-cı il onun son mövsümlərindən biri ola bilər”, - deyə Qrojan bildirib.

Romen, həmçinin qeyd edib ki, Hemilton artıq gənc deyil. 

“Yaşlı da sayılmaz, amma pilot üçün kifayət qədər böyük yaşdadır. O, 2007-ci ildən bəri “Formula-1”də çıxış edir. Bu aləm insandan çox enerji alır. Nəhayət, insan yorulur və evə qayıtmaq istəyir”, - Qrojan əlavə edib.

Namiq HUN

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 All News