“Söhbət artıq “Ferrari”dən gedir!” – Vassördən pilotlara sərt mesaj
“Ferrari” komandasının rəhbəri Frederik Vassör bildirib ki, yeddiqat “Formula-1” dünya çempionu Lyuis Hemilton və onun komanda yoldaşı Şarl Lekler çempionluq mübarizəsində komandanın maraqlarını nəzərə almalıdırlar.
TodayPress TV xəbər verir ki, bu barədə “Blick” portal məlumat yayıb.
“Lyuis və Şarl hazırda bir-birlərinə daha çox hörmət göstərməli və düzgün davranmalıdırlar. Artıq söhbət şəxsi ambisiyalardan getmir. Söhbət “Ferrari”dən gedir. Buna görə də bəzi populyar olmayan tədbirlər görməli ola bilərik!”, – deyə Vasser vurğulayıb.
Qeyd edək ki, Heamilton və Lekler Niderland Qran-prisinə pilotlar arasında müvafiq olaraq 2-ci və 4-cü pillələrdə qayıdacaqlar. Britaniyalı pilotun hesabında 169, monakolu sürücünün isə 138 xal var.
Çempionatın lideri isə 219 xalla “Mercedes” pilotu Andrea Kimi Antonellidir.
Namiq HUN
TodayPress TV