Rodri “Barselona” yolunda! Transferin məbləği açıqlandı

Rodri “Barselona” yolunda! Transferin məbləği açıqlandı
17.08.2026 10:13 İdman

“Barselona” İspaniya millisinin yarımmüdafiəçisi Rodrinin “Mançester Siti”dən transferi ilə bağlı prinsipial razılığa gəlib. 

TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Bildirilir ki, 30 yaşlı futbolçunun transferi üçün “Barselona”nın ödəyəcəyi zəmanətli məbləğ 60 milyon avro olacaq. Bundan əlavə, kataloniyalılar əldə olunması mümkün bonuslar şəklində daha 11 milyon avro ödəyə bilərlər.

Razılaşmada digər bonus ödənişlərinin də nəzərdə tutulduğu bildirilir. Bu səbəbdən transferin ümumi dəyəri 71 milyon avrodan da yüksək ola bilər.

Rodri 2019-cu ildən “Mançester Siti”də çıxış edir. İngiltərə klubu həmin il futbolçunu Madrid “Atletiko”sundan 70 milyon avroya transfer edib.

İspaniyalı yarımmüdafiəçi ötən mövsüm “Mançester Siti”nin heyətində 33 matç keçirib və 2 qol vurub.

Qeyd edək ki, Rodri 2024-cü ildə 2023/2024 mövsümünün yekunlarına əsasən “Qızıl top” mükafatına layiq görülüb.

Namiq HUN

TodayPress TV

NEWS FEED
17 AUGUST 2026
İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edildi 11:53 İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşdü 11:51 “Arsenal” müdafiəyə əl gəzdirməyə hazırlaşır: Arteta açıqladı 11:27 Qara dənizdə yeni plan: Rumıniya hərbi gəmilər inşa edəcək 11:07 Azərbaycanlı boksçular rinqi fəth edir: 4 təmsilçimiz 1/4 finalda! 11:31 Ay tutulması yaxınlaşır: Azərbaycanda cəmi 32 dəqiqə görünəcək 10:56 İlham Əliyev indoneziyalı həmkarını təbrik etdi 11:34 Bakı-Qəbələ-Bakı reyslərinin qrafikinə dəyişiklik ediləcək 10:51 16 yaşlı qızın toyunun qarşısı alındı 10:46 Ərdoğan: "Məkkə ittifaqına başqa ölkələr də qoşula bilər" 10:26 Superkubok şoku! Enrike PSJ-nin məğlubiyyətinə səbəb göstərdi 10:31 UFC-də zəfər! Maxaçev İen Qerrini məğlub edərək seriyanı uzatdı 09:46 FHN 46 nəfəri xilas etdi 09:58 Rodri “Barselona” yolunda! Transferin məbləği açıqlandı 09:44 Hindistan Məbədində izdiham: 7 nəfər öldü, onlarla yaralı var 09:54 “Arsenal”da möhtəşəm başlanğıc: Kalafyori 58 illik rekordu yenilədi! 09:42 İndoneziyada güclü zəlzələ oldu 09:50 Mauro İkardi üçün İtaliya variantı: “Latsio” ulduz hücumçunu istəyir! 09:39 Belqoroda raket hücumu: 6 nəfər öldü, yaralananlar var 09:37 Bürünc medaldan sonra yeni ünvan: Maykl Mur yeni klubunu seçdi! 09:29 Aİ Rusiyaya qarşı ən sərt sanksiya paketini hazırlayır 09:27 Avrokuboklar səbəbilə Premyer Liqada iki matçın taleyi dəyişdi! 09:20 Xocavənd və Şuşaya növbəti köç karvanı yola salındı 09:33 NBA rekordçusu Uestbruk karyerasını gözlənilmədən başa vurdu! 09:22 Hörmüzdə gizli neft oyunu: Dünya bazarı böhrandan necə qorunur? 23:57 All News