Qarüstü polo komandası Dünya Kubokunda mübarizə aparacaq

Qarüstü polo komandası Dünya Kubokunda mübarizə aparacaq
23.01.2026 12:04 İdman

Azərbaycanın qarüstü polo üzrə "Land of Fire" komandası İsveçrənin Sankt-Moritz şəhərində təşkil olunan 41-ci Dünya Kubokunda qələbə uğrunda mübarizə aparacaq.

TodayPress TV xəbər verir ki, yarışda "Land of Fire" ilə yanaşı, "Sankt Moritz", "Flexjet", "Standing Rock", "Investec" və "Mackage" komandaları da   iştirak edəcək.

"Land of Fire" turnirdə ilk oyununu ev sahibi "Sankt Moritz" komandasına qarşı keçirəcək.

İlk günün nəticələrinə əsasən, 4 komanda yarımfinala vəsiqə qazanacaq. Yanvarın 25-də isə Dünya Kuboku turnirində üçüncü yer uğrunda və final görüşü baş tutacaq. 

Sonda Sankt-Moritz yarışının qalibi ilə yanaşı, ən yaxşı oyunçu və ən yaxşı polo atı mükafatlandırılacaq.

"Land of Fire" komandasının bu turnirdə iştirakı Azərbaycanın qədim atçılıq ənənələrinin beynəlxalq səviyyədə tanıdılmasına və ölkəmizin idman imicinin elit məkanlarda təbliğinə mühüm töhfə verir.

Qeyd edək ki, 1985-ci ildən bəri hər il keçirilən bu yarış yüksək səviyyəli oyunları və möhtəşəm dağ mənzərəsi fonunda baş tutan sosial tədbirləri ilə məşhurdur. 

Namiq HUN

TodayPress TV

PHOTOS

Qarüstü polo komandası Dünya Kubokunda mübarizə aparacaq — 1
Qarüstü polo komandası Dünya Kubokunda mübarizə aparacaq — 2
Qarüstü polo komandası Dünya Kubokunda mübarizə aparacaq — 3
Qarüstü polo komandası Dünya Kubokunda mübarizə aparacaq — 4
Qarüstü polo komandası Dünya Kubokunda mübarizə aparacaq — 5
Qarüstü polo komandası Dünya Kubokunda mübarizə aparacaq — 6
Qarüstü polo komandası Dünya Kubokunda mübarizə aparacaq — 7
Qarüstü polo komandası Dünya Kubokunda mübarizə aparacaq — 8
Qarüstü polo komandası Dünya Kubokunda mübarizə aparacaq — 9
NEWS FEED
01 AUGUST 2026
Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 All News