NBA ulduzunun sağlamlığı üçün ayırdığı məbləğ təəccübləndirdi
Ceylen Braun sağlamlığı üçün ildə 700 min dollar xərcləməsinin səbəbini açıqlayıb.
TodayPress TV xəbər verir ki, NBA-nın “Filadelfiya” klubunun hücumçusu bunun əsas məqsədinin uzun mövsüm ərzində fiziki durumunu yüksək səviyyədə saxlamaq olduğunu bildirib.
“Mənim öz tibbi komandam var və klubun göstərə biləcəyi dəstəyin müəyyən həddi var. Mövsüm ərzində 70 oyun keçirmək, xüsusilə dizlər üçün çox böyük yükdür. Mən isə nadir hallarda oyun buraxıram”, – deyə Braun vurğulayıb.
Qeyd edək ki, onun sağlamlığına ayırdığı 700 min dollar illik gəlirinin cəmi bir faizindən bir qədər çoxunu təşkil edir.
Qeyd edək ki, Ceylen Braun 2023-cü ilin iyulunda “Boston Seltiks”lə 5 illik, 304 milyon dollarlıq supermaksimum müqavilə imzalamışdı. Həmin anlaşma o dövrdə NBA tarixinin ən bahalı kontraktı hesab olunurdu.
“Filadelfiya”ya keçiddən sonra basketbolçunun müqaviləsi üzrə daha üç ili qalıb və bu müddətdə 185 milyon dollar qazanacaq.
Namiq HUN