“Maklaren”in 2026 bolidi rekord qiymətə satıldı

“Maklaren”in 2026 bolidi rekord qiymətə satıldı
27.12.2025 11:27 İdman

“Formula-1”də 2026 mövsümü üçün nəzərdə tutulan “Maklaren” bolidi - MCL40A unikal auksion çərçivəsində rekord məbləğə satılıb.

TodayPress TV xəbər verir ki, bolidi 11 milyon 480 min ABŞ dolları müqabilində almaq mümkün olub. 

Bununla da MCL40A indiyədək auksionda satılmış ən bahalı altıncı “Formula-1” avtomobili kimi tarixə düşüb. Mütləq rekord isə 1954-cü il istehsalı Mercedes W196R Streamliner modelinə məxsusdur. Bu avtomobil 2025-ci ilin fevralında 52,7 milyon dollara satılıb.

MCL40A bolidi alıcıya 2028-ci ilin birinci rübündə, 2026 mövsümünün tam texniki spesifikasiyasında çatdırılacaq. Avtomobil “Mercedes” mühərriki və rəsmi livreyaya malik olacaq. Bu müddətə qədər isə auksionun qalibi nümayiş məqsədilə 2025-ci il bolidinin şou-kar versiyasını əldə edəcək.

Paketə həmçinin “Maklaren” komandasının rəhbəri Zak Braun, pilotlar Lando Norris və Oskar Piastri ilə Uokinqdəki texnoloji mərkəzdə görüş, MCL40 modelinin açıq təqdimatına qatılmaq, iki Qran-priyə (o cümlədən Monako) qonaq proqramı, eləcə də “24 saat Le-Man” və “Indianapolis-500” yarışlarına biletlər daxildir.

Qeyd edək ki, eyni auksion çərçivəsində Arrow McLaren komandasının IndyCar-2026 üçün avtomobili 848 750 dollara, həmçinin komandanın 2027-ci ildə dözümlülük yarışları üzrə dünya çempionatında iştirak edəcək hiperkarı isə 7 milyon 598 min 750 dollara satılıb.

Namiq HUN

TodayPress TV

NEWS FEED
07 AUGUST 2026
"Ağ Ev sənin şəxsi mülkün deyil!" - Məhkəmədən Trampı qəzəbləndirəcək bəyanat 23:07 Adını dəyişib kredit borcundan yayınmaq mümkündür? - Hüquqşünasdan XƏBƏRDARLIQ 22:52 "Özümüzə güvənməyin vaxtıdır" - Əraqçi 22:46 Dunay çayı quruyur, istilər artır - Rumıniya hansı tədbirləri görəcək? 22:33 Luka Zidan "Qranada" ilə müqaviləsini LƏĞV ETDİ 22:17 Qara dənizdə Türkiyə gəmisi VURULDU 22:11 22:10 Sadəcə qələbə kifayət deyil: Azərbaycan Cənubi Qafqazın oyun qaydasını necə yenidən yazdı? 22:03 Cəbrayılın iki kəndi alova büründü 21:52 Yaxın günlərdə ATƏŞKƏS ola bilər - Bessent ELAN ETDİ 21:47 Səudiyyə Ərəbistanı ABŞ tankerlərindən imtina edir - İDDİA 21:35 İranda PARTLAYIŞ: Hərbçilər hədəf alındı, ölənlər var 21:31 Rusiya və İrana qarşı yeni sanksiyalar TƏSDİQLƏNDİ 21:18 Qırmızı dənizdə neft tankerinə hücumun qarşısı alındı - DETALLAR 21:09 ABŞ-dən İrana yeni ZƏRBƏ: Yüz milyonlarla dollarlıq maliyyə şəbəkəsi hədəfdə! 21:04 Zelenski Serbiyaya İLK rəsmi səfərini etdi! 20:52 Türkmənistana gedənlərin NƏZƏRİNƏ: Artıq növbədə gözləməyə son qoyuldu! 20:43 Laçında yaşayış evlərinin yaxınlığında YANĞIN baş verdi 20:34 Rəşad Dağlı azadlığa çıxır? - Çingiz Qənizadə AÇIQLADI 20:24 Belçika Qrenlandiyaya hərbçi göndərir - Müdafiə naziri ELAN ETDİ 20:13 Türkiyədən Azərbaycana elektrik məhsulları idxalı 37% artdı 20:05 Rusiya "Yujnı" limanını və iki yük gəmisini VURDU! 19:47 17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu 19:41 Axmat Kadırova Çeçenistan Respublikasının Qəhrəmanı adı verildi 19:36 "Real Madrid"in argentinalı ulduzu İtaliyaya yollandı! 19:28 All News