Fransa millisinin yeganə problemi nədir? Deşam cavab verdi

Fransa millisinin yeganə problemi nədir? Deşam cavab verdi
04.06.2026 17:35 İdman

Didye Deşam dünya çempionatı öncəsində Fransa yığmasının heyəti ilə bağlı fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, təcrübəli mütəxəssis komandanın fərdi keyfiyyətlər baxımından çox güclü olduğunu vurğulasa da, müəyyən bir məqamı çatışmazlıq kimi qiymətləndirib.

Deşamın sözlərinə görə, əsas problem gənc futbolçuların böyük turnirlərdə kifayət qədər təcrübəyə malik olmamasıdır:

“Fərdi istedad baxımından çox güclü futbolçularımız var və seçim imkanlarım kifayət qədər genişdir. 2026-cı ildə göstərə biləcəyim yeganə kiçik çatışmazlıq odur ki, 2018-ci ildə dünya çempionu olan futbolçuların əksəriyyəti artıq 2014 və 2016-cı illərin böyük turnirlərində iştirak təcrübəsinə malik idi. İndi isə heyətdə böyük yarışlarda təcrübəsi məhdud olan çoxlu gənc oyunçu var”.

Fransa millisinin baş məşqçisi milli forma daşımağın məsuliyyətindən də danışıb:

“Bu formanı geyinən hər bir futbolçu böyük məsuliyyət daşıyır. Onlar yaxşı oynamağa və komandaya fayda verməyə borcludurlar. Mən 14 il əvvəl ilk gündən demişəm ki, Fransa millisinə gələndə burada nəsə almaq üçün yox, vermək üçün olmalısınız”.

Qeyd edək ki, Fransa milli komandası 2026-cı il dünya çempionatının əsas favoritlərindən biri hesab olunur.

Namiq HUN

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 All News