DÇ-2026: Fransa ilk yarımfinalçı oldu - VİDEO
Futbol üzrə dünya çempionatında Fransa Mərakeşə qalib gəlib.
TodayPress TV xəbər verir ki, yarımfinala yüksələn Fransa seçməsi bu dəfə İspaniya - Belçika cütünün qalibi ilə üz-üzə gələcək.
01:34
Futbol üzrə dünya çempionatının Fransa - Mərakeş oyununda ikinci qol vurulub.
TodayPress TV xəbər verir ki, Boston stadionunda keçirilən 1/4 final mərhələsinin matçında avropalılar üstünlüklərini artırıblar - 2:0.
66-cı dəqiqədə Usman Dembele fərqlənib.
01:32
Futbol üzrə dünya çempionatının Fransa - Mərakeş oyununda ilk qol vurulub.
TodayPress TV xəbər verir ki, Boston stadionunda keçirilən 1/4 final mərhələsinin matçında avropalılar hesabı açıblar - 1:0.
60-cı dəqiqədə Kilian Mbappe baxımlı qola imza atıb.
00:03
Futbol üzrə dünya çempionatının Fransa - Mərakeş oyunu başlayıb.
TodayPress TV xəbər verir ki, 1/4 final mərhələsinin matçı Boston stadionunda keçirilir.
Qarşılaşmanı argentinalı FIFA referisi Fakundo Telyo idarə edir.